Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialda bu gün ikinci turun oyunları start götürəcək.
Turun ilk oyun günündə 8 qarşılaşma baş tutacaq.
A qrupunda yer alan Azərbaycan millisi Sloveniya ilə qarşılaşacaq. Elşad Quliyevin rəhbərlik etdiyi təmsilçimiz ilk görüşdə Bəhreylə heç-heçəyə (1:1) razılaşıb.
C qrupunda mübarizə aparan Türkiyə yığması isə Ukraynanı sınağa çəkəcək.
Dünya çempionatı
II tur
23 may
A qrupu
12:45. Mavritaniya - Bəhreyn
20:45. Sloveniya - Azərbaycan
B qrupu
14:00. Fransa - Özbəkistan
16:30. Çad - Rumıniya
C qrupu
15:15. İngiltərə - Macarıstan
19:30. Ukrayna - Türkiyə
D qrupu
18:15. Bolqarıstan - Hindistan
22:00. Portuqaliya - Slovakiya
Qeyd edək ki, dünya çempionatının ilk turunda aşağıdakı nəticələr qeydə alınıb:
21 may
Fransa - Çad 1:0
Macarıstan – Türkiyə 1:1
Bolqarıstan - Portuqaliya 1:3
Ukrayna – İngiltərə 0:4
Slovakiya - Hindistan 15:0
Azərbaycan – Bəhreyn 1:1
Rumıniya – Özbəkistan 2:1
Mavritaniya – Sloveniya 1:1
22 may
İndoneziya - Kosta Rika 1:0
Monteneqro - Tailand 1:1
Qazaxıstan - Polşa 1:2
ABŞ - Bosniya və Herseqovina 2:4
Çexiya - Argentina 2:1
Gürcüstan - BƏƏ 2:0
Qana - İspaniya 0:3
Serbiya - İsrail 3:0
Dünya çempionatı iyunun 1-də başa çatacaq.