19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının mübarizə apardığı Avropa çempionatlarının seçmə mərhələlərinin IV qrupunda yarışa start verilib. Fanat.Az xəbər verir ki, oyunları Albaniyada keçirilən qrupun açılış matçında millimiz meydana çıxıb.
Komandamız Ukrayna millisi ilə görüşüb. Tiranada baş tutan qarşılaşma Vüqar Əsgərlinin yetirmələrinin qələbəsi ilə başa çatıb.
Merve Özdəmirin 40-cı, Vüsalə Seyfətdinovanın 90+3-cü dəqiqədə vurduğu qollar yığmamıza 3 xal qazandırıb. Komandamız oktyabrın 18-də keçiriləcək II turda İspaniya ilə qarşılaşacaq.
Qeyd edək ki, qrupda ilk turun digər matçı Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Durres şəhərində İspaniya və Albaniya yığmaları üz-üzə gələcək.
U-19 (Qızlar)
Seçmə mərhələ
IV qrup, I tur
25 oktyabr
Azərbaycan - Ukrayna 2:0
Qollar: Merve Özdəmir, 40. Vüsalə Seyfətdinova, 90+3.
Tirana. Kamza stadionu.
Fanat.Az