17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə yeni məşqçi təyin edilib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, buna qədər "Neftçi”nin əvəzedici komandasında Elşad Əhmədovun köməkçisi qismində fəaliyyət göstərən Aleksandr Qross yığmada işləyəcək. O, millidə eyni funksiyanı yerinə yetirəcək.
Gənc mütəxəssisin "Neftçi”nin "dubl”unu aşağı liqa təmsilçisi "Xəzər”ə dəyişən Əhmədovun yanına yollanmaq variantı yaransa da, yığmadan gələn təklifə üstünlük verib.
Qeyd edək ki, Qross 2015-ci ildə futbolçu karyerasını 22 yaşında bitirərək "Neftçi”nin U-19 komandasında məşqçi kimi fəaliyyətə başlayıb.
Fanat.Az