Futzal üzrə milli komandaların 2018-ci ildə ilk reytinq siyahısı açıqlanıb.
Fanat.Az xəbər verir ki, millimiz siyahıda əvvəlki kimi 10-cu pillədə qərarlaşıb. Hesabında 1452 xalı olan yığmamız 9-cu olan Qazaxıstandan 36 xal geri qalır.
Siyahıya isə Braziliya başçılıq edir - 1931 xal. Onları "AVRO-2018"in final mərhələsində Azərbaycan yığmasının rəqibi olan İspaniya izləyir - 1878 xal. 1740 xala malik Rusiya ilk "üçlüy”ü qapayır.
Sloveniyadakı turnirdə İspaniya və Azərbaycanla birgə D qrupunda çıxış edəcək Fransa 1256 xalla 20-ci pillədədi.
İlk "onluq”
1. Braziliya - 1931
2. İspaniya – 1878
3. Rusiya - 1740
4. Argentina - 1683
5. İran - 1625
6. İtaliya - 1607
7. Portuqaliya - 1600
8. Ukrayna - 1500
9. Qazaxıstan - 1488
10. Azərbaycan – 1452
Fanat.Az