14:54 28.03.2018 1635

Rəşad Sadıqovu İrlandiya ilə oyunda sevindirən məqam

"Çox gərgin, ağır oyun keçdi. Aydın məsələdir, rəqib qrupdan çıxmağa çalışır. Əllərindən gələni etdilər ki, qələbə qazansınlar. Göstərdikləri əzimkarlığa, göstərdikləri mübarizəyə, sona qədər əzmlə, inamlı oynadıqlarına görə futbolçularımı təbrik edirəm". 

Fanat.Az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Sadıqov səfərdə İrlandiya yığmasına 0:1 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə qrup matçından sonra AFFA-nın rəsmi saytına açıqlamasında deyib. 

Gənc mütəxəssis komandasının oyunundan razılıq ifadə edib: "Bəli, oyun rəqibin üstünlüyü ilə keçdi. Amma ilk yarıda rəqibə qol vəziyyəti yaratmağa imkan vermədik. İkinci hissədə isə standart vəziyyətlərdən bir-iki təhlükəli vəziyyət yaratdılar. Bununla belə, rəqibin həyata keçirdiyi çoxsaylı standart vəziyyətlər zamanı həm qapıçımız, həm də müdafiəçilərimiz yaxşı oynadılar. Sonda qolu məhz standart vəziyyətdən buraxmağımıza baxmayaraq, bu oyunda cərimə zərbələri zamanı zəif deyildik. Təəssüf ki, yekunda qol buraxdıq". 

R.Sadıqov onu da bildirib ki, bu qol milli komandanı ruhdan salmamalıdır: "Komanda şəklində daha güclü olmalı və özümüzə daha çox inanmalıyıq. Kollektiv şəkildə oynadıqda, əzmkar mübarizə apardıqda ortaya yaxşı nəticələr çıxa bilər. Qələbə də qazana bilərdik. 87-ci dəqiqədə komandamızın hücumu zamanı top qapı dirəyinə dəydi. Futboldu, bunlara hazır olmalıyıq. Düzdü, ağır məğlubiyyətdir, amma futbolçularda olan əzmkarlıq, mübarizə ruhu və verilən tapşırıqları yerinə yetirmək istəyi məni sevindirir. Hələ yolun əvvəlindəyik. İstər Antalya toplanışı, istərsə də, seçmə mərhələnin iki oyunu məndə müsbət fikirlər yaratdı. Oyundan-oyuna, məşqdən-məşqə futbolçularda irəliləyiş görürəm. Bu amil məni sevindirir”. 

Qeyd edək ki, Azərbaycan millisi İrlandiyaya 90+9-cu dəqiqədə buraxdığı qolla uduzub. 

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X