Rusiyada keçirilən dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, H qrupunda mübarizəyə start verilib.
Qrupun ilk oyunu Kolumbiya və Yaponiya arasında baş tutub. Yaponlar oyuna fəal başlayıb. 4-c dəqiqədə Kolumbiyadan Karlos Sançez qırmızı vərəqə alıb və penalti təyin edilib. Topa yaxınalaşan Şinji Kaqavanın zərbəsi dəqiq olub. Azlıqda qalan Kolumbiya 39-cu dəqiqədə Xuan Quynteronun qolu ilə bərabərliyi təmin edib. Xal itkisi ilə barışmayan yaponlar 73-cü dəqiqədə qələbə qolunu vurub. Bu dəfə Yuya Osako fərqlənib - 2:1.
Qrupun ikinci oyununda isə Polşa və Seneqal münasibətlərinə aydınlıq gətirib. Seneqal 37-ci dəqiqədə Tyaqo Rangel Çionekin avtoqolu ilə hesabda önə keçib. 60-cı dəqiqədə M'Baye Nianq fərqi artırıb. 86-cı dəqiqədə Qreqori Kriçovayk Polşanın təsəlli qouna imza atıb. Beləliklə, Seneqal 2:1 hesablı qələbə qazanıb.
Bununla qrup mərhələsində ilk tur başa çatıb
DÇ-2018
F qrupu
I tur
19 iyun
Kolumbiya - Yaponiya 1:2
Qollar: Xuan Quyntero, 39 - Şinji Kaqava, 6-pen. Yuya Osako, 73.
Qırmızı vərəqə: Karlos Sançez, 4.
Kolumbiya: 1. David Ospina, 3. Oskar Murillo, 4. Santyaqo Arias, 6. Karlos Sançez, 11. Xuan Kuadrado (5. Vilmar Barrios, 31), 16. Cefferson Lerma, 17. Yohan Moyika, 9. Radamel Falkao, 20. Xuan Quyntero (10. Xames Rodriges, 59), 21. Joze İzquyerdo (7. Karlos Bakka, 70), 23. Davinson Sançes.
Ehtiyat oyunçular: 12. Kamilo Varqas, 22. Joze Quadrado, 2. Kristian Zapata, 8. Abel Aquilar, 13. Yerri Mina, 14. Luis Muriel, 15. Mateus Uribe, 18. Farid Diaz, 19. Migel Borya.
Baş məşqçi: Joze Pekerman.
Yaponiya: 1. Eiyi Kavaşima, 3. Gen Şoji, 5. Yuto Naqatomo, 7. Qaku Şibasaki (16. Hotaru Yamaquçi, 80), 8. Genki Haraquçi, 10. Şinji Kaqava (4. Keysuke Honda, 70), 14. Takaşi İnui, 15. Yuya Osako (9. Şinji Okazaki, 85), 17. Makoto Hasebe, 19. Hiroki Sakai, 22. Maya Yoşida.
Ehtiyat oyunçular: 12. Masaaki Hiqaşiquçi, 23. Kosuke Nakamura, 2. Naomiçi Ueda, 6. Vataru Endo, 11. Takaşi Usami, 13. Muto Yoşinori, 18. Ryota Oşima, 20. Tomoaki Makino, 21. Qotoku Sakay.
Baş məşqçi: Akira Nişino.
Sarı vərəqələr: Vilmar Barrios, 64. Xames Rodriges, 86 - Eiyi Kavaşima, 90+4.
Baş hakim: Damir Skomina (Sloveniya).
Saransk. "Mordovia Arena".
Polşa - Seneqal
Qollar: Qreqori Kriçovayk, 86 - Tyaqo Rangel Çionek, 37 (avtoqol). M'Baye Nianq, 60.
Baş hakim: Navaf Şhukralla (Bghreyn).
Moskva. "Otkritie Arena".
Fanat.Az