UEFA Millətlər Liqasının II turunda Malta millisi Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə edib.
Fanat.Az xəbər verir ki, matç zamanı insident yaşanıb.
Maltada keçirilən görüşə yollanan "Milli dəstə" fan qrupunun üzvləri yerli polis tərəfindən saxlanılıb.
Buna səbəb isə tərəfdarların fayer yandırması olub.
Məsələ ilə bağlı Haqqın.az-a danışan dəstənin liderlərindən biri Şamil Mustafayev onun və Vüsal Əhmədovun matçdan sonra saxlanıldığını deyib. Onları saxlayan alan polislər səhər 09:00 məhkəmə olacağını və azarkeşlərin 500-600 avro cərimə ediləcəyini söyləyib. Eyni zamanda, sözügedən tərəfdarların oyunlarda iştirakına ilyarımlıq yasaq da qoyulacağı bildirilib.
Lakin məsələyə AFFA rəsmiləri qarışıb və UEFA ilə Malta Futbol Federasiyasına müraciət ediblər. Malta Futbol Federasiyası kömək etməkdən imtina etsə də, UEFA-nın köməkliyi ilə tərəfdarlar sərbəst buraxılıb.
Fanat.Az