12:09 04.01.2019 1996

Millimizin baş məşqçi postuna xorvat namizəd

Xorvatiyanın "Dinamo” (Zaqreb) komandasının sabiq baş məşqçisi Nikola Yurçeviç Azərbaycanın əsas millisinə təklif olunub.

"Report”un əldə etdiyi məlumata görə, hazırda işsiz olan 53 yaşlı xorvatiyalı mütəxəssis karyerasını yığmada davam etdirməkdə maraqlıdır. Onun namizədliyi menecerlər vasitəsilə irəli sürülüb.

N.Yurçeviç Xorvatiya yığmasında Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki ilə komanda yoldaşı olub. O, uzun müddət Xorvatiya futbolunun daha bir tanınmış siması – Slaven Biliçlə birgə çalışıb. 2002-ci ildə vətənində "Zaqreb” komandasında baş məşqçi kimi fəaliyyətə başlayan sabiq yarımmüdafiəçi növbəti mövsümdə Zareb "Dinamo”suna, 2005-ci ildə isə Avstriyanın "Austriya” və Xorvatiyanın "Slaven Belupo” kollektivlərinə rəhbərlik edib.

Bundan sonra S.Biliçin məşqçi korpusunda yer alan N.Yurçeviç Xorvatiya millisində (2006 - 2012), eləcə də Rusiyanın "Lokomotiv”, Türkiyənin "Beşiktaş” və İngiltərənin "Vest Hem” komandalarında köməkçi-məşqçi funksiyasını yerinə yetirib.

N.Yurçeviç ötən il martın 12-də Zaqreb "Dinamo”sunun baş məşqçisi təyin olunsa da, 34-cü turda səfərdə "Lokomotiva”ya 1:3 hesablı məğlubiyyətdən sonra – mayın 15-də istefaya göndərilib. Mövsümün başa çatmasına 2 tur qalmış onu Nenad Belitsa əvəzləyib. Paytaxt təmsilçisi bundan sonra "Rudeş”ə səfərdə 1 cavabsız qolla yenilsə də, evdə Zapreşiç "İnter”ini 3:1 hesabı ilə məğlub edərək, çempion olub. Yekunda 73 xal toplayan "Dinamo” gümüş mükafatçı "Riyeka”nı 3 xal qabaqlayıb. Üstəlik, finalda "Hayduk”a 1:0 hesabı ilə qalib gələrək, ölkə kubokunu əldə edib.

Zaqreblilər bundan sonra Çempionlar Liqasında mübarizəni dayandırsalar da, Avropa Liqasının qrupuna düşüblər və 1/16 finalda Çexiyanın "Viktoriya” komandası ilə qarşılaşacaqlar.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin ötən ilin dekabrında keçirilmiş iclasında Azərbaycan milli komandasının son 1 il ərzində göstərdiyi nəticələr nəzərə alınaraq və "Qarabağ” klubunda fəaliyyəti üçün daha çox vaxt ayırmasına imkan yaradılması məqsədilə yığmanın baş məşqçisi Qurban Qurbanovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

09:00

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

Facebookdan bizi izləməyi unutmayın.
X