10:11 13.06.2019 2026

Millət vəkili: "Bəs nə oldu, Qurban Qurbanova 6 ay səbr edə bilmədilər"

"Gül kimi azərbaycanlı məşqçi vardı, Qurban Qurbanov. Qarabağı Avropa liqalarına çıxarır, oynadır. Bəs nə oldu, Azərbaycan millisində 6 ay səbr edə bilmədilər". 

Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa millimizin Slovakiya qarşısındakı məğlubiyyətinə münasibət bildirərkən deyib.
 
O, Azərbaycan futbolunun inkişafsızlığını ölkədə özəl sektorun olmaması ilə əlaqələndirib:



"Əslində idmana, futbola bu qədər pul ayrılması məsələsi müəyyən qədər düz deyil. Çünki futbolun, idmanın özü pul qazanmalıdır. İdmana pul ayırmaq işi özəl sektorun üzərinə qoyulmalıdır. Bizdə özəl sektor olmadığına, insanlar bu sahəyə yatırım qoymadığına görə futbol da inkişaf etmir".

Millət vəkili binaların həyətlərində və bəzi məktəblərdə meydançaların olmamasının da futbola ciddi təsir göstərdiyini bildirib:
 
"Burada söhbət təkcə futboldan getmir. Hamının diqqəti futbol üzərində cəmlənib. Söhbət ondan gedir ki, yeni və plansız tikilən binaların heç birinin həyətində uşaqların futbol oynaya biləcəyi meydança yoxdur. Buradan uşaq necə yetişə bilər? Heç bir məktəbin üzgüçülük hovuzu yoxdur, nədə ki pulsuz fəaliyyət göstərən üzgüçülük hovuzları. Məktəblərdə standart meydançalar yoxdur. Axı bütün bunların təməli məktəbdən başlayır".

F. Mustafa ölkədə sadəcə futbolun deyil, bir çox olimpiya səviyyəli idman növünün də xeyli geridə qaldığını deyib:
 
"Digər tərəfdən ölkədə guya həndbol var, basketbol var? Bunlar yoxdursa bu o deməkdir ki, ölkədə bu sahədə sistemli bir planlaşdırma işi mövcud deyil. Ona görə də birinci iş sferasını gücləndirmək lazımdır ki, onlar futbola yatırım etsinlər. Çünki futbol təkcə idman deyil, həm də biznesdir. Biznes mühiti olmadığına görə futbol da inkişaf etmir. Nə birinci liqada, nə də ki divizyonda. Burada da keyfiyyətli futbolçu olmadığına görə hardan adam tapıb oynadacaqlar? Braziliyadan 20 nəfər gətirib milliləşdirməyəcəklər ki. Xarici məşqçi məsələsi də düşündürücüdür. Gül kimi azərbaycanlı məşqçi vardı, Qurban Qurbanov. Qarabağı Avropa liqalarına çıxarır, oynadır. Bəs nə oldu, Azərbaycan millisində 6 ay səbr edə bilmədilər".

Qeyd edək ki, Azərbaycan millisi "AVRO-2020"nin seçmə mərhələsində növbəti oyununu keçirib. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Bakıda Slovakiya millisinə 1-5 hesabı ilə məğlub olub. Bu nəticədən sonra Slovakiya xallarının sayını 6-a çatdırıb. Azərbaycanın isə 3 oyundan sonra sıfır xalı var. (Yeniavaz.com)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

Facebookdan bizi izləməyi unutmayın.
X