21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Milan Obradoviç sentyabrda keçiriləcək seçmə matçlara hazırlığa dəvət etdiyi futbolçuları müəyyənləşdirib.
O, "AVRO-2021"in seçmə mərhələsinin iki görüşü üçün 23 oyunçu çağırıb.
Millimiz sentyabrın 6-da Slovakiya, 4 gün sonra Gürcüstanla qarşılaşacaq. Hər iki oyunu evdə keçirəcək komandamız rəqiblərini "Dalğa Arena”da qəbul edəcək.
U-21 bu futbolçular çağırılıb: Kamran İbrahimov ("Neftçi"), Şahin Zəkiyev, Murad Qayalı, Tural Bayramlı (hamısı "Keşlə"), Nicat Mehbaliyev, Nihad Tamazov, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Musa Qurbanlı (hamısı "Qarabağ"), Amin Seydiyev, Rövlan Muradov (hər ikisi "Qəbələ"), Turan Manafov ("Səbail"), Elçin Mustafayev, Şakir Seyidov, Emil Qasımov (hamısı "Sabah"), Ege Atlam ("Bayrampaşa", Türkiyə), Hüseyin Seyliğli ("Darıca Gənclərbirliyi", Türkiyə), Nicat Süleymanov, Rafael Məhərrəmli (hər ikisi "Zirə"), Fərid Nəbiyev ("Slaviya", Praqa, Çexiya), Barış Ekincier ("Austria Klaqenfurt", Avstriya), Elvin Cəfərquliyev ("Sumqayıt"), Doğukan Öksüz ("Eyüpspor", Türkiyə).
Fanat.Az