12:18 17.11.2019 1898

Millimiz 90-cı illərə qayıdır - Yenə 1 xal

Azəbaycan milli komandası tarixinin ən pis göstəricisini təkrarlamağa yaxındır.

"AVRO-2020"nin qrup mərhələsinin son turunda millimiz noyabrın 19-u Slovakiya ilə səfər matçında da uduzsa, qrupu sonuncu yerdə və cəmi 1 xalla başa vuracaq. Bu halda "AVRO-1996”nın seçmə mərhələsində (1994/95 mövsümü) qeydə alnan millimizin antirekordu təkrarlanmış olacaq.

Xatırladaq ki, o vaxt komandamıza Ağasəlim Mircavadov, AFFA-ya isə Fuad Musayev rəhbərlik edirdi. Həmin seçmə mərhələdə Azərbaycan millisi ilə ilk dəfə beynəlxalq turnirə qatılırdı. Ölkədə, həm də futbolda iqtisadi vəziyyətin çox ağır durumda olduğu həmin dönəmdə belə göstərici hardasa başa düşülən idi. Həmin vaxtdan 24 il ötüb.



İndi Azərbaycan artıq siyasi və iqtisadi baxımdan çox güclənib. Bunun nəticəsidir ki, dövlət səviyyəsində futbolun inkişafına da diqqət yetirilir. Bu məqsədlə SOCAR-dan milli federasiyaya hər il 20 milyondan çox sponsorluq vəsaiti ayrılır. Amma milli komandamız uğurlu nəticələr göstərmək əvəzinə yenə də geriləyir. Bu mənada, komandamızın 7 oyundan cəmi 1 xal qazanması haqlı olaraq təəccüb və təəssüf doğurur. Hər il futbola dövlət tərəfindən bu qədər dəstək göstərildiyi halda futbol federasiyasının yarıtmaz idarəçiliyi ona gətirib çıxarıb ki, bizim milli yenə də tarixinin ən pis dövrünə qayıtmalı olub. Niyə? AFFA rəhbərliyi, baş katib Elxan Məmmədov ictimaiyyət qarşısına çıxıb bu və bu kimi digər suallara cavab vermək əvəzinə isə hər dəfə müxtəlif bəhanələrlə jurnalistlərdən qaçır....

Xatırladaq ki, dünən milli komandamızın Bakıda Uelsə 0:2 hesabı ilə uduzduqdan sonra qrupu ən yaxşı halda 4, ən pis halda isə 1 xalla başa vuracacağı qətiləşib. Bunun üçün isə biz Slovakiya ilə qarşıdakı matçı gözləməliyik. Əlavə edək ki, Slovakiyanın "AVRO-2020”nin final mərhələsinə düşmək şansı hələ də qalır. Bunun üçün qarşıdakı görüşdə onlara mütləq qələbə lazımdır.

Bəli, slovaklar final mərhələlərinə bəlkə də düşəcəklər də. Biz isə son 24 ildə olduğu kimi, belə böyük yarışları yenə kənardan izləməli olacaq və başqa komandalara azarkeşlik etmək məcburiyyətində qalacağıq.

Milli komandamızın beynəlxalq turnirlərdə yığdığı xallar:

AVRO-96 - 1 xal
DÇ-1998 - 3 xal
AVRO-2000 - 4 xal
DÇ-2002 - 5 xal
AVRO-2004 - 4 xal
DÇ-2006 - 3 xal
AVRO-2008 - 5 xal
DÇ-2010 - 5 xal
AVRO-2012 - 7 xal
DÇ-2014 - 7 xal
AVRO-2016 - 6 xal
DÇ-2018 - 10 xal
AVRO-2020 - ?

Mənbə: qol.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

Facebookdan bizi izləməyi unutmayın.
X