17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti görüşünü keçirib.
Fanat.Az-ın məlumatına görə, çox zəif çıxışla gələcəyə olan ümidləri sozaldan yığmamızın budəfəki rəqibi Qazaxıstan olub.
Yunanıstanın Patra şəhərində reallaşan formal dueldə 0:2 hesabı ilə məğlub olan Vüqar Məmmədin "drujina"sı seçmə mərhələni xalsız bitirib. Buraxdığı 10 top qarşılığında cəmi 1 dəfə rəqib qapılarına yol tapan təmsilçimiz rüsvayçı statistika ilə də azarkeşlərini üzüb.
Qrupun digər oyununda isə Yunanıstan Almaniyanı eyni hesabla üstələyib. Nəticələ Yunanıstanla Almaniya ilk iki yeri tutaraq, elit-raunda vəsiqə qazanıb.
Qeyd edək ki, yığmamız qrupdakı ilk iki matçında Yunanıstana 1:6, Almaniyaya isə 0:2 hesabı ilə yenilib.
AÇ-2020-nin ilkin seçmə mərhələsi
9-cu qrup
19 noyabr
Azərbaycan - Qazaxıstan - 0:2
Qollar: Dias Kuşkumbayev, 3;Alişer Rahimcanov, 85
Baş hakim: Denis Şurman (Ukrana).
Patra. Pampeloponnisiako stadionu
1 |
Yunanıstan |
3 |
3 |
0 |
0 |
13-2 |
9 |
2 |
Almaniya |
3 |
2 |
0 |
1 |
7-2 |
6 |
3 |
Qazaxıstan |
3 |
1 |
0 |
2 |
3-10 |
3 |
4 |
Azərbaycan |
3 |
0 |
0 |
3 |
1-10 |
0 |
Fanat.Az