21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, yığmamız AVRO-2021-in seçmə mərhələsində Slovakiya ilə qarşılıb. Nitra şəhərində baş tutan oyunda millimiz uduzub - 1:2.
Bakıda da rəqibinə 2:1 hesabı ilə qalib gələn millimiz hazırda qərarlaşdığı 4-cü pillədə qalmaq üçün uduzmamalı idi.
Yığmamız növbəti oyununu oktyabrın 13-də səfərdə Gürcüstana qarşı keçirəcək.
AVRO-2021, seçmə mərhələ
2-ci qrup
8 oktyabr
Slovakiya – Azərbaycan 2:1
Qollar: Lubomir Tupta, 62. İvan Mesnik, 90+4 - Mert Çelik, 66.
Hakimlər: Kristoffer Haqenes, Anders Olav Dale, İsaak Elias Skjeseth Bashevkin, Rohit Saggi (Norveç)
Nitra. "Nitra” stadionu
İsveçrə - 18, Fransa - 15, Gürcüstan - 9, Azərbaycan - 6, Slovakiya - 6, Lixtenşteyn - 3
Fanat.Az