Amerika Kuboku: Argentina Uruqvaya qalib gəldi - VİDEO
Braziliyada keçirilən Amerika Kubokunun A qrupunda ikinci turunun oyunları baş tutub.
Fanat.Az xəbər verir ki, bu axşam Argentina və Uruqvay yığmaları üz-üzə gəlib. Görüş Argentina yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın yeganə qoluna 13-cü dəqiqədə Qvido Rodriges imza atıb. O, Lionel Messinin ötürməsini uğurla başa çatdırıb
Qrupun digər oyununda Çili və Boliviya milliləri qarşılaşıb. Oyun Çilinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 10-cu dəqiqədə Ben Brereton rəqib qapısından keçirib.
Beləliklə, Argentina yığması 2 matçda 4 xal yığaraq, A qrupunun yarış cədvəlində Çili ilə birinci yeri bölüşür. Turnir cədvəlində ilk üçlüyü aktivində 3 xal olan Paraqvay yığması qapayır. Uruqvay və Boliviyanın xalları yoxdu.