17:08 09.09.2021 1628

De Byazinin nə günahı var? 

Hər bir sahədə kütləvi olaraq uğursuzluq yaşanırsa, ciddi nəticələr qazanılmırsa, deməli,  işlər düzgün qurulmayıb. Maliyyə dəstəyi yüksək olubsa, bu ümumiyyətlə faciədir. 

Son günlər, həftələr futbol yenidən gündəmdədir. Hamı münasibət bildirir, səbəblər araşdırılır. Bunlar yaxşı haldır, əgər xaotik, emosional, gündəmə uyğun dəb halını daşımasa... 
Hazırda Azərbaycan futbolunda söz sahibi olmağı haqq edən tək qüvvə, futbola, futboldakı duruma biganə qalmayan əsl fanat-azarkeşlər ordusudur. Heç bir təşkilatlanma olmadan ürəklərinin haqlı hayqırtısını cəmiyyətə çatdırırlar...

Azərbaycan futbolunda çox az sayda futbol adamı, jurnalistlər var ki, olmazın məhrumiyyətlərə, süni yaradılmış əngəllərə baxmayaraq, maddi-mənəvi əziyyətlərlə qarşılaşaraq gündəm olmayanda da davamlı fikir bildirirlər, təhlillər edirlər, problemləri futbol ictimaiyyətinə çatdırırlar...

Gündəmi ələ alan fikirlər cəmiyyət arasında xaos, qarşıdurma yaratmamalı, analitik beyinlərə, dərin analizlərə üstünlük verilməlidir. İslahatlar ilk öncə qanunlara, qanunların qəbul olunmasına söykənməlidir.

Sirr deyil, Azərbaycan futbolunda nəinki ölkə, futbol qanunlarını bilən çox az sayda insan var.
Futbolu bu vəziyyətə gətirən cavabdehlər, bundan öz xeyirləri üçün məharətlə istifadə edirlər. Qətiyyəti, vətənpərvərliyi, futbol biliyi olanlar, onların gözündə düşmənə çevrilirlər.
Son 15 ildə məqsədli olaraq 2-3 dəfə dəyişdirilən AFFA Nizamnaməsi ictimaiyyət arasında geniş müzakirə edilməlidir. Futbol aləmi bir-birilərini "qırdıqları" vaxtda, federasiya ideoloqları qanunları özlərinə sərf etdiyi kimi dəyişiblər. Futbol inkişaf etməsə də, futbolda yaradılan anarxiya başbilənlərin məqsədlərinə uyğundur.

Nizamnamə dəyişiklikləri ilə bağlı təhlillərimizi apararıq, çox geniş mövzudur. Milli federasiyalar beynəlxalq qurumlara tabedir, yoxsa FİFA, UEFA-nın tamhüquqlu üzvüdür. Prezident seçkilərində biz kimlərdənsə asılıyıq, yoxsa bizim səsimiz onlara lazımdır. FİFA, UEFA hansı ölkənin qanunları ilə çalışır, AFFA futbol öhdəlikləri ilə yanaşı Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir/tənzimlənməlidir...

Yayındırıcı manevrlərlə və ya bilmədən hər yerdə "günahkarlar" axtarılır. Səlahiyyəti olan da, olmayan da, AFFA-da çalışan da, bir gün də belə çalışmayan da, dağılan/dağıdılan klublar da, 300-500 manata möhtac qalan uşaq məşqçiləri də... Milyonlar qazanan təsadüflər, gətirdikləri foqstlar, lippertlər, de byazilərin nə günahı var?

AFFA Nizamnaməsi, Maddə 43. Təmsilçilik və imza.

1. AFFA-nın prezidenti, icraçı v.-prezidenti və baş katibi ayrı-ayrılıqda AFFA-nın adından vəkalətnaməsiz fəaliyyət göstərməklə dövlət hakimiyyət orqanları, yerli və xarici hüquqi şəxslər, idarə və təşkilatlar, eyni zamanda beynəlxalq təşkilatlarla və bununla məhdudlaşmayan istənilən üçüncü şəxslə münasibətdə AFFA-nı təmsil etmək və sənədlər imzalamaq hüququna malikdirlər.

AFFA İcraiyyə Komitəsinin FİFA, UEFA qanunlarını pozaraq klubların işinə müdaxiləsi, qeyri-qanuni qərarı ilə prezident postu ləğv edilərək bir əldə cəmləşməsin deyə, Müşahidə Şuraları yaradıldı. Təbii ki, "şəffaflıq" adı altında klubların dağılmasına, dağıdılmasına, ələ alınmasına yönələn məkrli plan idi. Bu qərardan, 2013-cü ildən sonra klublar yarpaq tökümü kimi torpağa qarışdı...

AFFA-da isə icraçı v.-prezident, baş katib "şəffaflığın" təmin olunması üçün bir əldə cəmləşib. Tək Azərbaycanda yox, dünyanın istənilən nöqtəsində, Asiyadan Cənubi Amerikaya, Afrikadan Avropaya, Avstraliyadan Şimali Amerikaya kimi heç bir vəkalətnaməsiz, qeyri şərtsiz ölkə futbolunun taleyini həll etmək səlahiyyəti var.

Elxan Məmmədovun ikili vəzifəsi, AFFA prezidentindən də yüksəkdir və Nizamnamədə öz əksini tapıb. İki vəzifə ilə hər iki əldə qələm tutub Azərbaycan futbolunun taleyini həll edib iki sənədə eyni anda qol çəkər. Azərbaycan futbolunun eyni əldə cəmləşməsi "şəffaflığı"!
Kim(lər)dir günahkar? Ürəyi yanan, dözməyən azarkeşlər, heç bir səlahəti olmayan, sözünü deyən, "düşmən" görünən az sayda futbol adamları, jurnalistlər? Yaxşı metod "tapılıb", eyni insan(lar)ın adının çəkilməsi "təhdid" imiş. Bu, təhdid deyil, dövlət orqanlarında rəsmi qeydiyyatdan keçmiş və təsdiq edilmiş AFFA Nizamnaməsində öz əksini tapan qanundur!
Futbol aləmində üzdənyanaşma fikirlər zərərlidir və futbol ictimaiyyətini parçalayır. Onsuz da birlik istənilən səviyyədə deyil, fərqli, qanunlara söykənməyən yanaşmalar cəmiyyəti parçalayır. Tində-bucaqda gözləyənlər yetərincədi, futbolu dağıdanlarla sövdələşməyə gedən fürsətçilər də boş oturmayıblar...

Azarkeşlər səmimi iradlarını bildirəcək, 3-5 insan həmişə olduğu kimi sözünü deyəcək, söz sahibi olub susanlar sabah "işbirliyi" qurub futbolu "dirçəldəcəklər", növbəti hiylənin yeminə çevriləcəklər. 5-10 il də belə gedəcək, dəyən yenə futbola dəyəcək...

Bəllidi, AFFA ictimai qurum, seçkili orqandır. Reallıqları hər kəs bilir, bu gün federasiyada rəhbər vəzifələrdə təmsil olunanların 90%-i dövlət orqanlarında mühüm postlar tutan insanlardır. Ona görə psixoloji, kütləvi olaraq ölkə Prezidentinə müraciətlər olunur. İndiki mövcud durumda, müdaxiləsi yox, bir kəsərli kəlməsi kifayətdir...

AFFA Nizamnaməsində növbədənkənar konfransın çağırılması, seçkilərin keçirilməsi ilə bağlı maddələr var. İndiki halda "yuxarının" sözü olmadan bunların heç biri baş verməyəcək. Beynəlxalq futbol qanunları çərçivəsində, müvafiq qurumları məlumatlandırmaq şərtilə futbol ictimaiyyətinin Ümumrespublika Forumunun keçirilməsi, Təşkilat qrupunun yaradılması ola bilər və futbol, ölkə qanunlarına zidd deyil.

Bunun üçün ilk olaraq futbol ictimaiyyəti arasında təşəbbüs qrupu yaradılmalıdır və hər bir addım emosiyalara, pafoslara yox, ölkə və futbol qanunlarına söykənməlidir...

Foqts getdi, Prosineçki gəldi, Yurçeviç görmədiyi genləri gördü. De Byazi gedəcək, bir başqası gələcək, olmayan taktiki gedişlər müzakirə olunacaq, eddi erməni dostları ilə yeyib-içəcək, "pespektivli gənc" qurbanilər, höccətlər, ozobiçlər müzakirə ediləcək, bölgə futbolu imdad edəcək, istedadlar üzə çıxmadan bələkdə boğulacaq...

Belə getsə, belə gəlib, belə də davam edəcək. Hər gələn öncəkilərə rəhmət oxutduracaq...
Emosiyalara yox, dərin təhlillərə söykənən futbol və ölkə qanunlarına üstünlük verilməlidir. 
Tunelin o tərəfində işığın görünməsi üçün...

Tahir Süleymanov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 Aprel 2025
02:15

İspaniya La Liqası: "Barselona" son dəqiqədə güldü, "Atletiko Madrid" üzüldü

01:55

A Seriyası: "Napoli" də 1 qolla qazandı, "Roma" da

01:35

Liqa 1: "Olimpik Marsel"dən asan, PSJ-dən çətin qələbə

01:02

Almaniya Bundesliqası: "Bayern Münhen" səfərdə coşdu

19 Aprel 2025
23:55

İPL: "Mançester Siti" Liverpul səfərindən 3 xalla döndü

23:21

Türkiyə Super Liqası: "Beşiktaş" xal itirdi, "Trabzonspor"dan çətin qələbə

23:02

"Çempionluğu növbəti turda təmin etməyi istəyirəm" - Qurban Qurbanov

22:39

"İndiyə qədər başımıza gələnlər yenə təkrarlandı" - Samir Abasov

22:25

Mbappe üçün uğursuz həftə: ÇL-dən kənarda qaldı, üçüncü diviziona yuvarlandı

21:54

MPL: "Sabah"dan əzmkar qələbə, "Azərbaycan derbisi"ni "Qarabağ" qazandı

21:20

"Araz-Naxçıvan" "Turan Tovuz"a qalib gəldi

20:53

"Klub rəhbərliyi yolları ayırmayacağını desə də..." - Vasili Berezutski

20:27

Elvin Məmmədov "Sabah"a məğlubiyyəti belə şərh etdi

20:06

Pley-off mərhələsində ikinci oyunlarının təqvimi müəyyənləşdi

19:30

"Sabah"ın futbolçusu mükafatlandırıldı

18:51

Emrelinin qələbə qazandırmayan qolları - VİDEO

18:05

"Neftçi" legioneri ilə vidalaşdı

17:40

ABL: "Naxçıvan" "Abşeron"a qalib gəldi

17:18

Mahir Emreli Almaniyada dubl etdi, komandası...

16:56

Qvardiola həmyerlisini istədi, "Mançester Siti" cəlbedici təklif hazırladı - MƏBLƏĞ

16:20

Dembele “Qızıl top”dan danışdı

15:54

Millimizin son oyununun vaxtı və yeri müəyyənləşdi

15:13

Veteran stolüstü tennisçilərin çempionatı başladı

14:49

Azərbaycan millisi Estoniyaya uduzdu

14:12

Azərbaycanın dörd karateçisi mübarizəni dayandırdı

13:31

İPL klubu Kolumbiya millisinin üzvü ilə anlaşdı - RƏSMİ

13:00

Xorvatiya millisinin keçmiş oyunçusu faciəvi şəkildə həlak oldu

12:38

Burkina fasolu futbolçu "Araz-Naxçıvan"ın tarixinə düşdü

12:19

"Turan Tovuz"dan 30-cu heç-heçə

11:50

Yüksək Liqa: "Bürünc" uğrunda ilk duel olacaq

11:25

İki futbolçu ömürlük cəzalandırıldı - RƏSMİ

10:22

ABL: "Abşeron"la "Naxçıvan"ın pley-off sınağı

09:56

"Real"ın sabiq ulduzu Rüdigeri axmaq adlandırdı

09:00

"Traktor" 3 xalı 3 qolla qazandı

18 Aprel 2025
23:46

ABL: "Sabah" "Sərhədçi"ni yendi

23:13

Milan klubu bombardirini itirdi

22:49

"Bu gün 2 xal itirdik" - Yunis Hüseynov

22:24

"Hər iki komanda qalib gələ bilərdi" - Elmar Baxşıyev

21:41

Yüksək Liqa: Finalçılar müəyyənləşdi

21:20

"Onu ehtiyat oyunçular skamyasında görə bilərsiniz" - Slot adı "Real"la hallanan futbolçudan danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X