21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Belarusla yoldaşlıq oyunu üçün hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Belarus matçında baş hakim Əliyar Ağayev olacaq.
FİFA referisinə Zeynal Zeynalov və Akif Əmirəli yardım edəcək. Ehtiyat hakim funksiyasını isə Nicat İsmayıllı yerinə yetirəcək.
Qeyd edək ki, U-21-in belaruslu həmyaşıdları ilə oyunu martın 29-da, saat 19:00-da keçiriləcək.