Belarus yığması Millətlər Liqasındakı ev oyunlarını Serbiyada keçirmək istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə "Ear of Anyukeviç" "Telegram" kanalı məlumat yayıb.
Xatırladaq ki, UEFA martın 3-də Belarus klubları və millisinə qarşı sanksiya tətbiq edib. Bu səbəbdən ölkə təmsilçiləri ev oyunlarını neytral stadionlarda keçirməli, bütün ev matçları tamaşaçısız olmalıdır.
C Liqasının 3-cü qrupunda Slovakiya, Azərbaycan və Qazaxıstanla qarşılaşacaq Belarusun ilk ev oyunu iyunun 6-da millimizə qarşı olacaq.
Mirağa