Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda qol hesabını açıb.
Fanat.Az xəbər verir ki, 25 yaşlı hücumçu səfərdə "Riyeka"ya qarşı keçirdikləri XXX tur matçında fərqlənib.
79-cu dəqiqədə rəqib qapısına yol tapan forvard hesabı bərabərləşdirib.
Emreli oyuna 57-ci dəqiqədə qoşulub. Həmin vaxt "11 nömrə"nin komandası 0:1 hesabı ilə geridə olub. Azərbaycanlı futbolçu komandasının bərabərlik qolunu vurmaqla yanaşı, 87-ci dəqiqədə sarı vərəqə də alıb.
89-cu dəqiqədə Mahirin üzünə dirsəyi ilə vuran "Riyeka"nın futbolçusu Anton Kresiçə qırmızı vərəqə göstərilib.
Görüş "Dinamo"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Zaqreb təmsilçisi 29 oyundan sonra xalını 63-ə çatdırıb və ehtiyatda daha bir görüşünün olmasına baxmayaraq, liderliyini qoruyub.
Nihat