Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynlinin yeni klubu "Torpedo" Rusiya Superliqasında növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Nijeqorod təmsilçisi "Sinara" ilə çempionluq mübarizəsi baxımından prinsipial sayılan ilk dueldə 5:8 hesabı ilə uduzub.
Bu gün tərəflər ikinci oyuna çıxacaqlar.
Rövşən nə ötən gecə baş tutan oyunda iştirak edib, nə də bu gün forma geyəcək. Qapıçımızın adı protokola salınmayıb. Halbuki "Torpedo" klubu Hüseynlini məhz çempionluq baxımından həlledici mərhələdəki oyunlar üçün transfer edib.
Rövşənin adının iştirak ərrizəsində olmamasının səbəbini milli üzvünün meneceri Marat Salyanskidən öyrənməyə çalışdıq: "Məsələ burasındadır ki, klubu Rövşəni sifariş etməyə çatdırmadı. Problem onların özündən qaynaqlanır. Onlar Rövşənə əsas qapıçı gözü ilə baxırlar. "Sinara" ilə oyuna baxdım, qapıçıları bir neçə kobud səhvlə yadda qaldı. Hüseynli əsas heyətdə yer almalıdır. Sadəcə, bu oyunlara çatdırmadılar. Onlarda növbəti tur aprelin 16-17-də baş tutacaq. İnşallah, Rövşən "Norilskiy Nikel"lə görüşlərdə əsas heyətdə meydana çıxacaq".
Qeyd edək ki, Rövşən Hüseynli martın 25-də "Araz-Naxçıvan"dan ayrılaraq Rusiyanın "Torpedo" klubuna keçib.
Mirağa