14:03 25.04.2022 730

\"Məni futboldan iyrəndirdilər\" - Xanım futbolçu

Qadınlardan ibarət Azərbaycan millisinin keçmiş futbolçusu Tünzalə Süleymanovanın Fanat.Az-a müsahibəsi.

- Əvvəlcə səni yaxından tanıyaq...
- Tünzalə Süleymanova. 26 fevral 1987-ci il tarixində anadan olmuşam. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. İllər öncə Azərbaycanın qadınlardan ibarət A milli komandasında oynamışam.

- Futbola başladığın illəri necə xatırlayırsan? 
- Ən gözəl illərim demək olar ki, futbolda keçib. 23-24 yaşımda isə buraxdım. Mən futbolu pul qazanmaq üçün oynamamışam. Mən futbolu çox sevirdim. Sevib oynamışam. Rəsmən futbolla yaşayırdım. Gecə-gündüz ancaq futbolu düşünürdüm. O dərəcədə sevmişəm. Ancaq "sağ olsunlar ki", məni futboldan iyrəndirdilər. 

- Səni futboldan iyrəndirəcək nələr yaşandı?
- Mənə qarşı haqsızlıq oldu. 2009, ya da 2010-cu il olardı. Hər şey İsveç ilə (0:10) oyundan sonra oldu. Komanda 11 nəfərdən ibarətdir, tək Tünzalədən ibarət deyil. İsveç kimi komandaya qarşı mən tək oynaya bilməzdim. Ancaq matçdan sonra məğlubiyyətin günahını mənim üzərimə atdılar. Güya mənə görə uduzduq. Bu, necə ola bilər? Komanda bir oyunçuya görə uduza bilərmi? Mən sol cinah yarımmüdafiəçisi idim. Qapıçı deyiləm ki, bilə-bilə qol buraxım, hücumçu deyiləm ki, verilən pası qapıya vurmayım, axırıncı müdafiəçi deyiləm ki, rəqib hücumçunu buraxım. Sol cinah yarımmüdafiəçisi komandanın məğlubiyyətinə necə səbəb ola bilər? Anlamıram. Bəlkə də mənimlə qərəzləri vardı. Belə düşünürəm. 

- Buna səbəb nə idi? 
- Məsələdə ondadır ki, səbəbini bilmirəm. Bunun səbəbi özümə də bəlli olmadı. Ondan sonra isə futboldan uzaqlaşdım və bir də geri qayıtmamağa söz verdim. 

- Bəs axtarmadılar, geri çağırmadılar?
- Bir müddət sonra zəng gəldi. Hakimlik etmək təklif olundu, ancaq razı olmadım. 

Mənim futbola böyük sevgim, həvəsim vardı. Futbol mənim həyatım idi. Bəlkə də kişilər belə, mənim qədər futbolu sevmirdi. 

- Bəs buraxdığın üçün sonradan peşman olmadın? 
- Yox, peşman olmadım. Elə qəlb qırıqlığı ilə buraxdım ki, o vəziyyətdən sonra nəyə peşman olardım?!

- Səninlə eyni vaxtlarda futbol oynayan qadın futbolçularımızla da müsahibələrimdə həmişə haqsızlıqdan şikayət ediblər. Komandanın üzvü olan futbolçulara qarşı belə münasibət niyə? Haqsızlıq deyərkən konkret nələri nəzərdə tutursunuz? 
-  Mən sol cinah yarımmüdafiəçisi kimi pis oyunçuyamsa, Ukraynada mənə niyə dedilər ki, səni legioner kimi istəyən komanda var. Razı olmadım. Çünki 16 yaşım vardı və ailəm ölkədən kənarda qalıb futbol oynamağıma razı olmazdı. 

Sonra milliyə öz ölkəsində uğur əldə edə bilməyən legioner futbolçular gətirdilər. Yenə də biz heç nailiyyət qazanmadıq. O gələn milliləşdirilmiş legionerlər özlərini aparmağı belə, bacarmırdılar. Mən demirəm ki, biz gülüb-danışmırdıq... Amma ən azı Azərbaycan bayrağı dalğalananda bu ölkənin vətəndaşı olaraq, bayrağımıza sevgi-sayğı duyurduq. Mən patriotam. Hansı ölkə ilə oyunda uduzurduqsa, ağlayırdım. Amma bu qədər canfəşanlığıma baxmayaraq, məni vətən xaini çıxarıb komandadan uzaqlaşdırdılar. Haqqımı tələb etdiyimə görə düzüb-qoşub, İsveç ilə oyununun "günah keçisi" elan edib millidən kənarlaşdırdılar. Gedib AFFA-da haqqımda nə dedilərsə, "torbamı tikib" yığmadan çıxartdılar. 

- Onda neçə yaşın vardı?
- 24 yaşım vardı... Mən futbolu çox sevirdim, futbolla yaşıyırdım. Hər gün məşqə gedirdim. Ən yaxşı olmaq həvəsi ilə üzərimdə çalışırdım. Türkiyəyə təlim-məşq toplanışa getmişdik. Orda 200 manat ezamiyyət pulu almışdım. Həmin 200 manata özümə buts aldım. Hələ də indiyə kimi o butsları saxlayıram. Bir də millinin ağ-göy forması qalıb məndə. Hər dəfə onları çıxarıb baxanda pis oluram. 24 yaşımda məni futboldan uzaqlaşdırdılar. Halbuki  normativlərim əla idi. Ancaq axırda nə oldu? Zədələrdən başqa heç nə qazanmadım. 

- Elə o sualı verəcəkdim ki, futbol sənə nə qazandırdı, nə itirdin? 
- Hə, mənim qazancım ancaq zədələr oldu... Millinin formasını geyinmək mənim üçün çox böyük qürur idi. Ona görə peşmançılığım oldu ki, keşkə ən başdan fərdi idman növü ilə məşğul olardım. O zaman Azərbaycanın bayrağını yüksəklərə qaldıra bilərdim. İnanıram ki, fərdi idman növündə yüksək nailiyyətlər qazanardım. Çünki idmançı kimi normativlərim yüksək idi. Avropaya yox, amma MDB ölkələrinə səfər edəndə çoxları məni legioner kimi istəyiblər. 

- Səncə, futbolda qalsaydın, karyeran necə davam edərdi? 
- Bəlkə də daha yaxşı komandalarda oynayardım. 

- Sən və səninlə birgə oynayan qızlarda həvəs olsa da, şərait olmayıb. Ancaq 2012-ci ildə 17 yaşlı qızlar arasında dünya çempionatı Bakıda keçiriləcəkdi deyə AFFA qadın futboluna sərmayə yatırdı. Rayonlarda komandalar yarandı, U-15 və U-17 olmaqla iki liqa təsis edildi. Milli komanda isə baş məşqçi Sisi Raytın rəhbərliyi altında demək olar ki, biraydanbir Avropanın fərqli ölkələrində təlim-məşq toplanışları keçirdi. Ancaq nə dünya çempionatında nailiyyət oldu, nə də o vaxtdan indiyə qadın futbolunda bir irəliləyiş var. Yenə böyükhesablı yenilgilər... Yəni pul, şərait olsa da, dəyişən heç nə yoxdur. 
- Doğru plan qurulmur, iş düzgün aparılmır. Mənim düşüncəmə görə, bayrağımı, millətimi qanında azərbaycanlı qanı olmandan başqası qoruya bilməz. Oyundan 3 gün əvvəl komandaya qoşulan, pul üçün meydana çıxan bir insan bayraq üçün oynayarmı, can qoyarmı? 

Əcnəbi məşqçi məsələsinə də toxunum. Biz iki azərbaycanlı bir-birimizi anlaya bilirik. Mən cümləyə başlayanda artıq sən nə demək istədiyimi anlayırsan. Axı o, bizim dili bilmir, biz də onun. Sendviçdən başqa heç nə demirdi. Düzdür, dünyanın bir çox yerində əcnəbi məşqçilər var. Bu sistem hər yerdə tətbiq olunur. Ancaq onlar peşəkardırlar və peşəkarlar ilə bizi qarışdırmaq olmaz.

- Maraqlıdır ki, qadın futbolunda alınmadığı kimi, heç kişi futbolunda da vəziyyət ürəkaçan deyil. Elə ötən aylarda istər əsas millimiz, istərsə də U-21 yığmamız yenilgilərlə bizləri üzdülər. Veteran futbolçu olaraq, necə düşünürsən, bizim futbolumuzun əsas problemi nədədir? 
- Kişi futbolunu bilmirəm, amma qadın futboluna kişilərə yaradıldığı kimi şərait yaradılsaydı, peşəkar klublar olsaydı, inkişaf olardı. 

- Tünzalə, qadın futbolu ətrafında ən çox qalmaqallı xəbərlər çıxan idman növüdür. Milliləşdirilmiş qızlar arasında "lipa" qalmaqalı... O məsələdən sonra qadınlardan ibarət milli komanda bir müddət fəaliyyətini dayandırdı. Sonradan bərpa edildikdən sonra "lez" məsələsi uzun müddət gündəmi zəbt etdi. Məğlubiyyətlərlə yanaşı, qalmalları ilə də başıbəlalıdır qadın futbolu. Bu haqda nə deyə bilərsən?
- Nə vaxt ki, legionerlər milliyə gəldi, nə oldusa, ondan sonra oldu. Özünü oğlana bənzətmək, saçı qısaltmaq, idman üslubunda geyinmək lezbiyan olmaq demək deyil. Mənim komanda yoldaşlarımın 90%-i artıq ailəlidir və hər birinin də uşaqları var. Hə, millidə lezbiyanlar olub. Ancaq bunlar legionerlərin işidir. Biz yerli futbolçular da onlardan uzaq gəzirdik. 

- Futboldan tamamilə qopmusan, yoxsa hələ də ünsiyyətdə olduğun yoldaşların var? 
- Qızlarla hələ də danışırıq, zəngləşirik. Amma futbol oynamıram daha. Ancaq məktəbdə uşaqlarla oynayıram. 

- Qızlara nə məsləhət görürsən, səncə, Azərbaycanda qadın futbolu ilə məşğul olmağa dəyər, yoxsa onları çəkindirmək istərdin? 
- Sırf futbol yox, idmandan danışacağam. Qızların idmanla məşğul olmasını çox istəyirəm. Ana olmaq üçün sağlam bədən olmalıdır. Futbola gəlincə isə, mən əziyyət çəkib bəhrəsini görməmişəm. Təki bizdən sonra gələnlər faydasını görsün. Ürəkdən istəyirəm ki, Azərbaycanın cüdoda, güləşdə və sair idman növlərindən qazandığı uğurlar qadın futbolunda da olsun. "Biz edə bilmədiksə, o birilər də edə bilməsin" düşüncəsindən uzağam. Təki onlar bayrağımızı ucalda bilsinlər. 

- Tünzalə, həm futbol oynamısan, həm də idman müəllimi olaraq çalışırsan. AFFA-da qız futbolçular üçün məşqçilik kursları keçilir. Niyə o kurslarda iştirak edib məşqçi olaraq çalışmırsan? 
- Yox, istəmərəm. Oğlanlara məşqçi olaram, amma qızlarla işləmək çətindir (gülür)... Ümumiyyətlə, məşqçi işləmək istəmərəm. Bir dəfə dedim futboldan gedirəm, o gün də bitdi futbol karyeram. 

- Orda məktbəbdə bədən tərbiyəsi müəllimisən. Bizim uşaq olduğumuz dönəmlərdə, demək olar ki, idman dərsi keçməzdik. Qızlar sinifdə oturardı, müəllimlər dərs keçməzdi, oğlanlar da həyətdə futbol oynayardı. Hamının da qiyməti digər dərslərdən aldığı qiymətə görə yazılardı. Bəs indi məktəbdə idman dərslərinə yanaşma necədir?
- Baxır məktəbin şəraitinə. Elə məktəb var ki, zalı var, eləsi var ki, yoxdur. İndi proqrama futbolu da əlavə etdikləri üçün dərslər lap maraqlı keçir (gülür)... Bizim məktəbli olduğumuz dövrlərdə uşaqlarda idmana həvəs vardı, amma indi o həvəs yoxdur. Bizim vaxtımızda tək-tük peşəkar idmançı olmuş idman müəllimi olardı. Digərləri isə sən qeyd etdiyin kimi, dərsə elə də maraq göstərməzdi. Ancaq indi texnikum bitirən bədən tərbiyəsi müəllimi çox azdır. Əsasən akademiyanı bitirən müəllimlər çalışır. 90 faizi də idmançıdır. Ancaq uşaqlar sanki olduqları yaşdan psixoloji olaraq tez böyüyüblər. Elementar misal çəkim, yarış keçirdirsən, qızlar iştirak etməyə sıxılırlar, qaçmağa utanırlar. Mən 11-ci sinifdə oxuyanda məhlədə qonşu oğlanlarla futbol, gizlənpaç oynayırdım (gülür)... İndi amma dövr dəyişib. Görürsən ki, bizim dövrlə eyni deyil.

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 May 2024
22:35

"Barselona" Levandovskiyə əvəzləyici tapdı

22:10

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

21:40

Renduliçdən qələbə şərhi: "Hələ heç nə bitməyib"

20:58

MPL: "Zirə" "Turan Tovuz"a, Sabah" "Araz-Naxçıvan"a qalib gəldi 

20:15

İtaliyalı ulduz "Qalatasaray"a dönür

19:40

Almaniyada oynayan futbolçu Almaniyaya gedə bilməyəcək

19:30

"90 dəqiqə rəqibdən üstün oynadıq" - Ayxan Abbasov

18:54

Rəşad Sadıqov Tovuzdakı  qələbəni belə şərh etdi

17:40

Avropa Kuboku: Azərbaycan millisi növbəti medalı qazandı

17:00

"Karyeramla bağlı müəyyən planlarım var" - Qazaxıstan klubundan ayrılan milli üzvü

16:20

İngiltərə nəhəngi türkiyəli ulduzla anlaşdı - SON DURUM 

15:47

"Borussiya Dortmund"un məşqçisi "Beşiktaş"da - Danışıqlar başladı

15:16

“Bakı Marafonu-2024”ün qalibləri bəlli oldu

14:38

"Bunu demək üçün mütəxəssis olmaq lazım deyil" - Aslan Kərimov

13:59

Qvardiola 5:1-i və Holandın pokerini dəyərləndirdi

13:23

Bakıda keçirilən turnirə yekun vurulur

12:52

Tyaqo Silva yeni klubu ilə razılığa gəldi - Detallar 

12:00

"Öz oyunumu necə qiymətləndirə bilərəm? Çox pis” - Rza Cəfərov

11:40

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

11:00

Günün oyunları bu kanallarda - AFİŞA 

10:38

“Bakı Marafonu 2024” marafonu start götürdü

10:00

Messi şou göstərdi - Argentinalı karyerasında ilk dəfə bunu reallaşdırdı

09:26

Avropa Kuboku: Cüdoçularımızdan ilk gündə 10 medal

01:40

"Real" 36-cı çempionluğunu rəsmiləşdirdi

01:25

“Monako”dan darmadağın

01:10

"Sassuolo" yenə "İnter"ə qənim oldu

00:51

"Bayern"dən növbəti məğlubiyyət

00:12

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

04 May 2024
23:50

Şahruddinin komandası səfərdə sevindi

23:00

"Komandamı ən az "Neftçi"yə qarşı motivasiya edirəm" - Qurbanovdan 5:0 şərhi

22:46

“Qarabağ” müdafiəçisi ilə yeni müqavilə bağladı

22:40

"Azarkeşlərdən üzr istəyirəm" - Miodraq Bojoviç

21:21

MPL: Tovuzda qalib olmadı, "Qarabağ" "Neftçi"ni darmadağın etdi

21:00

Daha bir komanda Premyer Liqaya yüksəldi - 22 il sonra

19:22

"Stressin səbəbi "Sumqayıt"ın texniki zonasından gələn sözlər, jestlər idi"

18:46

"Müdafiəçilərimiz ən zəif oyunlarından birini keçirdilər" - Samir Abasov

18:40

"Bayern" "Barselona"nın ulduzu ilə güclənir - SON DURUM 

17:56

Voleybol: Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

17:32

Kurtua bu mövsüm ilk dəfə meydana çıxır

17:10

Piolinin yeni klubu bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X