Qazaxıstanda legioner həyatı yaşayan Azərbaycan millisinin qapıçısı Emil Balayevin komandası "Turan" bu gün çempionat oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Türküstan təmsilçisi VIII tur çərçivəsində evdə "Atırau"nu qonaq edib.
Matç 0:0 hesablı heç-heçəylə yekunlaşıb.
Balayev bu tur da yeni komandasında debüt edə bilməyib. O, matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, bu heç-heçə sayəsində xallarını 7-yə çatdıran "Turan" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.