21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda X turda səfərdə Norveçin uyğun yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
Drammen şəhərindəki “Marienlist” stadionunda baş tutan matç rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Norveç 24 xalla qrupu 1-ci, Azərbaycan isə 7 xalla 5-ci pillədə tamamlayıb.
AVRO-2023, seçmə mərhələ
20:00. Norveç – Azərbaycan 2:1
Qollar: Larsen 54, Botheym 77 - İldar Alekperov 65
Drammen. “Marienlist” stadionu
Xal durumu: Xorvatiya – 22, Norveç – 21, Finlandiya – 19, Avstriya – 16, Azərbaycan – 7, Estoniya – 0.