Almaniyanın Qərb Regional Liqasında 8-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Şalke 04"ün ikinci komandası da növbəti matçına çıxıb.
Helzenkirhen təmsilçisi "Düren"i qəbul edib və 4:1 hesablı darmadağına sevinib.
Dadaşov 88-ci dəqiqədə komandasının 3-cü qoluna imza atıb.
Bu qələbə sayəsində xal hesıbını 13-ə çatdıran "Şalke 04"ün ikinci komandası turnir cədvəlində 4-cü pillədədir.
Nihat