Polşa Ekstraklasasında 10-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Zaqlembe”yə 1:2 hesabı ilə uduzub.
Start "11-lik"də yer alan Krivotsyuk sonadək mübarizə aparıb.
10 tura 17 xal toplayan “Visla” 18 iştirakçı arasında 4-cüdür.