19 yaşadək futzalçılardan ibarət komandalar arasında növbəti Avropa çempionatının final mərhələsinin keçiriləcəyi məkan müəyyənləşib.
Fanat.Az xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, 2022/2023 mövsümünə Xorvatiyanın Poreç şəhərində yekun vurulacaq.
Yarışın püşkatma mərasimi 3 noyabrda baş tutacaq. İlkin mərhələnin oyunları 17-22 yanvar 2023-cü ildə, əsas mərhələ 21-26 mart aralığında, final turniri isə gələn ilin sentyabrında keçiriləcək.