Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında daha bir görüş baş tutub.
E qrupunda yer alan İndoneziya ilə Kosta Rika münasibətlərinə aydınlıq gətiriblər. Asiyalılar meydandan 1:0 hesabı ilə qalib ayrılıblar.
Bu gün baş tutan digər görüşdə İspaniya Qananı məğlub edib (3:0).
Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi ötən gün Bəhreynlə 1:1 bərabərə qalıb.
Dünya çempionatına iyunun 1-də yekun vurulacaq.