11:30 27.06.2020 484

"Neftçi"nin məşhur legioneri: "Futbolla həmişəlik vidalaşmışam" - MÜSAHİBƏ

Bu gün "Neftçi”nin veteran futbolçusu Nikolas Kanalesin 35 yaşı tamam olur. 

1985-ci ildə dünyaya gəlmiş çilili hücumçu 2012-2013, 2014-2015, 2016-cı illər ərzində "Neftçi”də çıxış edib. 2013-cü ildə Azərbaycan çempionatının qalibi və bombardiri olmuş Kanales elə həmin ildə ölkə kubokunu başı üzərinə qaldırıb.

Fanat.Az klubun rəsmi saytının yubilyarla müsahibəsini təqdim edir...

- Nikolas, doğum gününüz mübarək! Bilirik ki, pandemiya Çilidən də yan ötməyib. Necəsiniz?
- Çox sağ olun, təşəkkür edirəm! Bəli, təəssüf ki, pandemiya bütün dünyanı başına alıb və bu, çox üzücüdür. Çilidə apreldən karantin rejimindəyik. İnsanlar normal işləyə, yaxınları ilə görüşə bilmirlər. Düşünürəm ki, tezliklə hər şey əvvəlki vəziyyətinə qayıdacaq.

- Artıq karyeranızı başa vurmusuz və geri boylanıb bunu dəyərləndirə bilərsiz. Hesab edirsiz ki, daha çox şeyə nail ola bilərdiniz?
- Ümumi baxanda karyeramın ilk günlərindən sonuna kimi xoşbəxt anlar yaşamışam. Buna görə çox sevinirəm. Çilinin böyük klublarında oynamışam, milli komandaya dəvət almışam. 15 illik peşəkar karyeramın 6 ilini Avropa klublarında, həmin ölkələrin güclü komandalarında keçirmişəm. Yaşıma görə hələ də oynaya bilərdim, amma karyeramın son ilində çox ciddi zədə aldım. Düzdür, çətinliklə də olsa, zədəmi sağaltdım. Hətta sonradan bir neçə Avropa klubundan təklif də gəldi. Amma maliyyə tərəfdən razılığa gəlmədiyimizə görə karyeramı bitirdim. Artıq şəxsi biznesimlə məşğulam.
 


- Azərbaycanda karyeranızın bu qədər uğurlu alınacağını təsəvvür edərdiniz?
- Ümumiyyətlə, karyeram boyu həmişə istədiklərimə nail olmağa çalışmışam və nail olmuşam. "Neftçi”nin heyətində də çempion və bombardir olmağa cəhd etmişəm. Xoşbəxtlikdən, komanda yoldaşlarım güclü futbolçular olublar ki, bunun da sayəsində məqsədimə çatmışam.

- Ümumiyyətlə, "Neftçi” sizə nə verib?
- "Neftçi”də özümü evimdəki kimi hiss edirdim. Vətəni tərk edib legioner həyatı yaşamaq asan olmur. Buna baxmayaraq, "Neftçi”də uyğunlaşma prosesi çox tez keçdi. Yeni dostlar qazandım. Adət-ənənələrinizdən, ləziz yeməklərinizdən məmnun qaldım. "Neftçi” mənə böyük ad qazandırıb.

- "Neftçi”nin heyətində keçirdiyiniz oyunlardan ən vacibləri hansılardır? Ən vacib qol hansı olub?
- "Qarabağ”la "Tofiq Bəhramov” stadionunda keçirdiyimiz oyun çox vacib idi. Matçın sonlarına yaxın Culius Vobayın ötürməsindən sonra cərimə meydançasının kənarından gözəl zərbə ilə komandamızın ikinci qolunu vurdum. Nəticədə qələbə qazanaraq əsas rəqibimizi 4-5 xal geridə qoyduq və bununla da çempionluğu təmin etdik. Bundan əlavə, İtaliya "İnter”i ilə keçirdiyimiz oyunlar və həmin vaxt vurduğum qol karyeramda ən vaciblərdəndir.



- "Neftçi”nin oyunlarını izləyə bilirsizmi?
- Bəzi matçları internet vasitəsilə izləməyə çalışıram. "Neftçi”ni həmişə zirvədə görmək istəyirəm.

- Məşqçi olmaqla bağlı planlarınız var, yoxsa futbolla həmişəlik vidalaşmısınız?
- Artıq iki ildir şəxsi biznesimi qurmuşam. Buna görə də futboldan ayrılmağım çətin olmadı. Tez-tez Çindən Çiliyə müxtəlif məhsullar gətirirəm. Hələ də dəvətlər alıram, amma artıq 1,5 ildir oynamıram və əminliklə deyə bilərəm ki, futbolla həmişəlik vidalaşmışam.

- Siz "Neftçi”nin və Azərbaycan futbolunun tarixində qızıl iz qoymusunuz. Təbii ki, həmişə azarkeşlərin xoş sözlərlə xatırlayacağı insan olacaqsınız. Onlara nə demək istərdiniz?
- Sevgi, qayğı və diqqət məni həvəsləndirən amillərdəndir. İstər Bakı küçələrində, istər stadionlarda insanlardan, azarkeşlərdən böyük hörmət görmüşəm. Tribunalarda adım səslənəndə böyük zövq alırdım, oynamaq həvəsim daha da artırdı. Fürsətdən istifadə edib, mənə göstərilən sevgiyə və diqqətə görə hər bir "Neftçi” azarkeşinə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Onlarla qürur duyur və hər birinə qucaq dolu salam göndərirəm.

Fanat.Az 
Oxşar xəbərlər

Xəbər lenti

25 Yanvar 2021
19:00

Azərbaycan Kuboku: 1/4 final cütləri məlum oldu

18:55

Azərbaycan Kubokunda sürpriz: "Kəpəz" 1/4 finalda

18:19

"Qəbələ" Tovuzdan qələbə ilə dönür - VİDEO

18:01

İngiltərə klubunun hücumçusu "Qalatasaray"da - RƏSMİ

17:18

Özilin "Fənərbağça"da alacağı maaş açıqlandı

16:56

"Qəbələ"nin baş məşqçisi: "Rəqib bizə çətin anlar yaşatdı"

16:37

Yığma komandalarımızın test nəticələri açıqlandı

16:12

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildi

15:50

"Çelsi"dən Lempardla bağlı qərar - RƏSMİ

15:32

Mahir Emreli: "Polşa klubunun təklifi gülməli idi"

14:33

"Çelsi" Lempardla vidalaşır?

14:25

Həbib futbolçu olmaq istəyir - VİDEO

13:44

Yunis Hüseynov: “Yalan danışıb, ona belə söz deməmişəm”

13:18

Azərbaycanlı olimpiya çempionuna ömürlük cəza

12:52

Millimizin heyəti açıqlandı

12:27

İtaliya klubu baş məşqçisi ilə müqaviləni yenilədi

12:01

Sənan Qurbanov: "Qəbələ"də titul qazandımsa, "Keşlə"də bunu niyə etməyim?"

11:34

"Keşlə"nin yeni baş məşqçisi açıqlandı

11:13

"Qarabağ" rəsmisi: "Neftçi"nin liderliyi bizə motivasiya olmalıdır"

10:58

Günün oyunlarına necə baxaq? - AFİŞA

10:32

Alman klubu baş məşqçisini istefaya göndərdi

10:03

Super Liqada ilginc hadisə: Avtoqola imza atdı, komandadan ayrıldı

09:47

Yunanıstanın yığmamızla oyun üçün heyəti

09:29

Millimizin hücumçusu: "Məqsədimiz final mərhələsinə yüksəlməkdir"

09:00

Premyer Liqada qış bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

08:55

"Neftçi"dən ayrılan hücumçu Əlcəzair klubunda

00:19

Noyer Kanın rekordunu qırdı

24 Yanvar 2021
22:00

Superliqa: Lider evdə, "Qalatasaray" səfərdə qazandı

20:34

"Qalatasaray"dan tək qolluq qələbə - VİDEO

20:04

"Neftçi"nin legioneri: "Azarkeşsiz futbol çətin və darıxdırıcıdı"

19:43

Mesut Özil rəsmən "Fənərbağça"da

18:52

Təyyarə qəzaya uğradı: Klub prezidenti və futbolçular həlak oldu - FOTO

17:37

Aftandil Hacıyev: "Rəqib sonadək bizə çətin anlar yaşatdı"

17:29

Azərbaycan millisinə "Beşiktaş"dan futbolçu çağırıldı

17:11

"Fənərbağça" Özilin transferi üçün pul toplamağa başladı

17:01

Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşdi

15:06

Həbib Makqreqoru bu paylaşımla ələ saldı - FOTO

14:04

Millimizə 27 futbolçu çağırıldı

12:58

Yunis Hüseynov istefa verdi

12:22

Məşhur modeldən ulduz futbolçu ilə bağlı ŞOK ETİRAFLAR

12:04

Kriştianu Ronaldu 12,3 milyonluq təklifi rədd etdi

11:50

Azərbaycan Kubokunda daha 3 oyuna hakim təyinatları açıqlandı

11:21

Ekrem İmamoğlu "Qalatasaray"a jest etdi, "Fənərbağça"lıların hədəfinə çevirildi

10:25

Dastin Porye Konor Makqreqoru nokauta saldı - VİDEO

01:50

Halk Deku ilə gücünü belə sınadı - FOTO

01:20

PSJ-nin qapıçısı qarət olundu

01:18

Fernandes "Başakşəhər"də - RƏSMİ

00:13

"Fənərbağça" İngiltərə klubundan yarımmüdafiəçi aldı - RƏSMİ

23 Yanvar 2021
23:45

Almaniya Bundesliqası: "Laypsiq" uduzdu, "Ayntraxt"la "Verder" şou göstərdi

22:16

Superliqa: "Trabzonspor" səfərdə sevindi, "Başakşəhər" isə...

22:06

"Traktor" səfərdə qalib gəldi

21:03

"Roma"nın oyununda 7 qol - VİDEO

20:17

Azər Salahlı 100-ə çatdı

19:30

67-ci oyun, 20-ci rəqib

18:11

"Qarabağ"ın 400-cü səfər oyunu

17:54

Məşhur mütəxəssis klubundan ayrılır - Koronavirusa görə

17:28

Mesut Özilin "Fənərbağça" ilə müqavilə imzalayacağı tarix açıqlandı

16:51

Millimizin baş məşqçisi: "Hələ ideal fomada deyilik"

16:03

Premyer Liqa klubundan yeni transfer

15:41

Türk klubu xorvat hücumçu aldı

15:14

Millimizin oyunları Belçikada olacaq

14:48

Olimpiadada iştirak edəcək idmançılara peyvənd vurulacaq?

14:29

"Neftçi"nin qapıçısı ilk dəfə Azərbaycan millisinə dəvət olundu

13:59

"Barselona"nın sabiq baş məşqçisi klubdan 4 milyon avro istəyir

13:42

“Qalatasaray”ın yeni transferi İstanbulda

13:24

Sən gedəli...

12:22

Millimizin futbolçusu Niderland klubunda debüt etdi

11:57

Premyer Liqa: II dövrənin ən yaxşı komandası bəlli oldu

11:34

Dünya çempionu "Real"dan gedir

11:02

“Sumqayıt”dan 75-ci qələbə

Facebookdan bizi izləməyi unutmayın.