Danimarkalı velosipedçi Solbyörk Minke Anderson Parısdə keçirilən 2024-cü il Yay Olimpiya Oyunlarını kənardan izləyəcək.
Fanat.Az yerli mətbuata istinadən verir ki, buna idmançının xəsarət alması səbəb olub.
Andersonun körpücük sümüyü zədələnib. Danimarkada magistral yolda məşq edən zaman velosipedçini avtomobil vurub.
O, qrup yarışında Danimarka komandasının heyətində yer almalı idi. İdmançını Rebekka Kerner əvəzləyəcək.