Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində serbiyalı Straxinya Bunçiçlə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Yaşar Nəcəfov turnirlə vidalaşmalı olub.
Qeyd edək ki, bundan əvvəl Balabəy Ağayev və Leyla Əliyeva startda uğursuz çıxışla yadda qalıb.
Paris-2024 avqustun 11-də başa çatacaq.