Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçularımız, həmçinin çıxışını başa vuran idmançılar Vətənə qayıdıblar.
Fanat.Az xəbər verir ki, Olimpiya çempionlarımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevi (100 kq) Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, idman ictimaiyyəti, azarkeşlər və ailə üzvləri qarşılayıblar.
Xatırladaq ki, Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) cüdo yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxması yığmamızın aktivində 2 qızıl medal yazdırıb. Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib.