Tokio-2020 Olimpiya kəndində qalan idmançılar arasında koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
Fanat.az xəbər verir ki, atletlər kəndinə yerləşdirilmiş iki idmançının testi pozitiv çıxıb.
İnfeksiyaya yoluxmuş şəxslərin Cənubi Afrika Respublikası(CAR) futbol komandasının üzvləri olduğu bildirilir.
Qeyd edək ki, iyulun 17-də kənddə ilk yoluxma faktı ilə bağlı məlumat yayılmışdı. Həmin koronavirus xəstəsinin idmançı deyil, təşkilati işlərlə bağlı ölkə xaricindən gələn şəxs olduğu açıqlanmışdı.
Sahib