Braziliyalı qadın futbolçu Fomiqa Yay Olimpiya Oyunlarında yeni rekord müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, bu gün F qrupu çərçivəsində baş tutan Braziliya-Çin(5:0) matçında top qovan 43 yaşlı Fomiqa, ümumilikdə 7-ci Olimpiadada Braziliya millisinin formasını geyinib.
Bununla da o, qadın futbolçular arasında özünə məxsus olan Olimpiadalarda iştirak rekordunu yeniləyib.
Qeyd edək ki, Afina və Pekin Olimpiya Oyunlarında komandası ilə gümüş medal qazanan Fomiqa, Atlanta 1996, Sidney 2020, London 2012 və Rio 2016 Oyunlarında da Braziliya yığmasının heyətində yer alıb.
Sahib Əsədbəyli