Tokio 2020 Yay Olimpiya Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün iki növ üzrə daha iki təmsilçimiz mübarizəyə qoşulacaq.
Cüdo
Gün ərzində qadınların 63, kişilərin 81 kiloqram çəki dərəcəsində mükafatçıların adına aydınlıq gələcək. Ölkəmiz yalnız kişilərin yarışında təmsil olunur.
Tokio 2020-dəki cüdo komandamızın ən gənc üzvü Murad Fətiyev mübarizəyə 1/16 finaldan başlayacaq.
Olimpiya lisenziyasını reytinq xalı qazandıran son yarışlarda ardıcıl nailiyyətlər hesabına qazanan cüdoçumuz, Sierra-Leone təmsilçisi Frederik Harrislə qarşılaşacaq.
Yarışlara Bakı vaxtı ilə 06:00-da start veriləcək. Fətiyev 1/16-in son görüşündə tatami üzərinə çıxacaq.
Badminton
Bu növdə ilk dəfə Olimpiadada təmsil olunuruq.
Millimizin İndoneziya əsilli üzvü Eddi Reski Dviçayo qrup mərhələsində debüt oyununa çıxacaq. L qrupunda yer alan 23 yaşlı badmintonçumuz, vyetnamlı Tien Min Nquyen ilə üz-üzə gələcək.
Qarşılaşmalar 05:00-da başlayır. Dviçayonun görüşü günün proqramında sonuncudur.
Qeyd edək ki, ilk üç gündən sonra Azərbaycanın hesabında medal yoxdur. Mübarizəyə qoşulan 19 təmsilçimizdən 16-sı çıxışını başa vurub.
Sahib Asadbayli