17:58 05.09.2021 1189

Tokioda tarix yazan qəhrəmanlarımız: Onları siz də tanıyın!

Bu gün XVI Yay Paralimpiya Oyunlarına yekun vurulub. Azərbaycan komandası yarışda 19 medal - 14 qızıl, 1 gümüş və 4 bürünc qazanaraq böyük uğura imza atıb.

Paralimpiya komandamız tarixinin ən yaxşı nəticəsini göstərərək medal sıralamasında ilk “10-luq”da qərarlaşıb. Bu nəticə ilə Azərbaycan meydan sahibi Yaponiya, Almaniya, İran, Fransa, İspaniya kimi ölkələri qabaqlaya bilib.

Komandamızın heyətində Şəhanə Hacıyeva, Saleh Raman, Vüqar Şirinli, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimli, Həmid Heydəri, Elvin Astanov, Dürsədəf Kərimova, Vəli İsrafilov, Lamiyə Vəliyeva, Orxan Aslanov qızıl, Lamiyə Vəliyeva gümüş, Pərvin Məmmədov, Namiq Abaslı, İlham Zəkiyev, Səid Nəcəfzadə bürünc medal qazanıblar.

Təmsilçimiz Raman Saleh Tokio Paralimpiadasında üç qızıl medal qazanıb. O, 100 metr məsafəyə arxası üstə, sərbəst və batterflay üsulu ilə üzmə yarışlarında Paralimpiya çempionu olub. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında birinci yeri tutub.

Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Orxan Aslanov uzunluğa tullanma yarışında qızıl, Səid Nəcəfzadə isə bürünc mükafata layiq görülüb. Elvin Astanov nüvəitələmə yarışında birinci yeri tutub. Paraatlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışında ikinci, 400 metr məsafəyə qaçışda isə birinci pillədə qərarlaşıb. Pauerliftinqçi  Pərvin Məmmədov (49 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Tokioda rekord qıran idmançılarımız 

Atletika idman növü üzrə idmançımız Həmid Heydəri (F57) nizə atma növü üzrə 51.42 m nəticə göstərərək dünya rekorduna imza atıb.

Atletika idman növü üzrə təmsilçimiz Elvin Astanov ( F53 - nüvə itələmə) növü üzrə 8.77 metr nəticə göstərərək dünya rekordunu yeniləyib.

Üzgüçülük idman növü üzrə idmançımız Vəli Israfilov (S12 - 100 metr brass ) 1:04.86 nəticə ilə Paralimpiya rekorduna imza atıb.

Atletika idman növü üzrə təmsilçimiz Lamiyə Vəliyeva (T13) 400 metr kateqoriyasında 55.00 saniyəlik Paralimpiya rekordunu yeniləyib.

Yay Paralimpiya Oyunlarını qızıl medalla başa vuran idmançılarımızdan bir neçəsi haqqında məlumatı təqdim edirik:


Raman Saleh

Beynəlxalq yarışlarda ölkəmizi təmsil edən belarus əsilli para-üzgüçü Roman Sergeyeviç Saley 1994-cü il fevralın 27-də anadan olub. O, ölkəmizə 2013-cü ildən Azərbaycanın şərəfini qoruyan qardaşı Dmitrinin tövsiyəsi ilə gəlib.

Raman Saleh ilk dəfə Azərbaycan bayrağı altında 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarına qatılıb. Həmin turnirdə 100 metr məsafəyə arxası üstə üzmə yarışlarında gümüş medal qazanıb. Daha öncə müxtəlif illərdə iki dəfə dünya ikincisi və iki dəfə də dünya üçüncüsü olub.

Onun böyük qardaşı Dmitri Saleh də üzgüçüdür və Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edərkən 2 gümüş medal qazanıb. O hazırda Belarus bayrağı altında çıxış edir.

Raman Saleh və qardaşı Dmitri Saleh XV Yay Paralimpiya Oyunlarında qazandıqları yüksək nailiyyətlərə, habelə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə "Vətənə xidmətə görə" III dərəcəli ordeni ilə təltif ediliblər.

Vəli İsrafilov    

İsrafilov Vəli Rəşadət oğlu 18 oktyabr 2002-ci ildə Rusiya Federasiyasının Tumen vilayətində anadan olub. 2006-cı ildə ailəsi ilə birlikdə doğma vətəni Azərbaycanın Masallı rayonunun Köhnə Alvadı kəndinə   qayıdıb. 2008-ci il ildə Masallı şəhər “Dəfinə” məktəb-liseyinin 1-ci sinifinə daxil olub, sonradan orta  təhsilini B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbində davam etdirərək 11-ci sinifi  bitirib. 2019-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Univeristetinin Elektrotexnika və Energetika fakültəsinə daxil olub.

O, uşaqlıq illərindən idmanın üzgüçülük növü ilə məşğul olmağa başlayıb. Artıq 10 yaşında olarkən dəfələrlə Bakı şəhərində keçirilən birinciliklərin qalibi adına layiq görülüb və Milli komandanın məşqçilərinin rəğabətini qazanıb. 12 yaşında artıq “İdman Ustalığı”na namizəd olub  və Milli komandaya cəlb edilib.

Vəli yaşının az olmasına baxmayaraq, dəfələrlə Beynəlxalq yarışlarda uğurla çıxış edib. Serbiya , Slovakiya , Macarıstan, Türkiyə və digər ölkələrdə keçirilən yarışlarda dəfələrlə  Azərbaycan Respublikasının üçrəngli bayrağını zirvələrdə  dalğalandırıb.

Vəli  İsrafilov 2016-ci ildə keçirilən IV İslam Həmrəylik Oyunlarına lisenziya qazanmış  və yarışda iştirak edən ən kiçik yaşlı idmançı olub. Bu yarışlarda yarımfinala qədər yüksələrək, 11-ci yerdə qərarlaşıb.

2019-cu ildə Vəli Londonda keçirilən üzgüçülük üzrə Dünya Çempionatında III yerə layiq görülüb və Portuqaliyanın Madeyra şəhərində keçirilən böyüklər arasında üzgüçülük idman növü üzrə Avropa çempionatının qızıl medalına sahib olub. O, 100 metrəyə "brass" növündə 1:04.80 nəticə göstərərək bütün rəqiblərini geridə qoyub, birinci yerə layiq görülüb.

İdmançımız hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ikinci kurs tələbəsidir.

Elvin Astanov

Azərbaycanlı paralimpiyaçı Elvin Astanov 5 iyul 1979-cu il təvəllüdlüdür.

2020-ci il Yay Paralimpiya oyunlarında Elvin Astanov kişilərin F53 atıcılığı yarışında qalib gələrək, qızıl medala layiq görülüb.


Sevda Vəliyeva

Azərbaycanlı para-cüdoçu Sevda Vəliyeva  24 dekabr 1997-ci ildə Bakıda anadan olub. Sevda Vəliyeva 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatılıb. 57 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz Özbəkistan idmançısı Sevinc Salayevanı və Əlcəzair idmançısı Çerine Abdellaouini  məğlub edərək, həlledici final görüşünə vəsiqə qazanıb.

Finalda Sevda Vəliyeva Azərbaycan cüdoçusu Afaq Sultanovaya məğlub olub və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına layiq görülüb.

O, 13-14 may 2019-cu ildə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə Qran-pri yarışında qızıl medala layiq görülüb.

26-28 iyul 2019-cu ildə İtaliyanın Genuya şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatında gümüş medala sahib olub.

Sevda Vəliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarının final görüşündə 57 kq çəki dərəcəsində qızıl medal uğrunda mübarizə aparıb. O rəqibi Pərvinə Səməndərova ilə yarışda paralimpiya çempionu olub.

Xanım Hüseynova

Paralimpiyaçımız Xanım Hüseynova 1 mart 1993-cü ildə Sumqayıt şəhərində anadan olub. O 2015-ci ildə Azərbaycanı I Avropa Oyunlarında təmsil edib, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarında 2 gümüş medal qazanıb.

Xanım Hüseynova birinci ciddi uğurunu 2013-cü ildə qazanıb. Belə ki, o, həmin il keçirilən Azərbaycan Çempionatının qızıl medalına sahibi olub.

2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatılan X. Hüseynova 63 kiloqram çəki dərəcəsində 1/16 final mərhələsində makedoniyalı Katerina Nikoloskanı məğlub etsə də, 1/8 finalda Fransalı Klarisse Aqbeqnenouya uduzaraq, mübarizəni dayandırıb.

Xanım Hüseynova 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına qatılıb. 63 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız bu dəfə Türkmənistan təmsilçisi Ayna Jumaquliyevanı və Tunis idmançısı Məryəm Bjaouini məğlub edib və final görüşünə vəsiqə qazanıb.

Finalda Xanım Hüseynova Türkiyə cüdoçusu Busra Katıpoğluna məğlub olaraq, IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib olub.

Bu il keçirilən Tokio-2020 Yay Paralimpiya Oyunlarında yenə 63 kq-da yarışan Xanım Hüseynova ukraynalı İrina Qusyeva ilə qarşılaşıb. Rəqibinə vazari xalı ilə qalib gələn Hüseynova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Mənbə: modern.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

Facebookdan bizi izləməyi unutmayın.
X