15:26 14.09.2020 231

"Premyer Liqa üçün yeni format fikirləşmişik" - Ramin Musayev

Növbəti dəfə Peşəkar Futbol Liqasının (PFL) prezidenti seçilən Ramin Musayev "Report"un suallarını cavablandırıb.
 
2008-ci ildən bu postu tutan R.Musayev təəssüratlarını və qarşıdakı 4 il üçün hədəflərini açıqlayıb... 

- İş elədir ki, heç vaxt bitmir. İşini sevirsənsə, ondan yaxşı nəticələr əldə etməyə çalışmalısan. Əvvəllər klubda çalışmışam. Komandaların yaşadığı problemlərlə yenidən üzləşməməsi üçün çalışırıq. Məsələn, "Qarabağ" və "Zirə" 2018/2019 mövsümündə limiti pozduqları üçün texniki məğlubiyyət almışdılar. Cari çempionatda isə artıq bu, mümkün deyil. Klubun nümayəndəsi səhvə yol versə belə, limiti poza bilməz. Çünki yeni sistem buna mane olur. Çalışırıq ki, komandalarımız problem yaşamasınlar.

- İclasda iştirak edənlər yekdilliklə sizə səs veriblər. Görünür, Ramin Musayevin fəaliyyətindən razıdırlar...
- Yəqin, razıdırlar ki, səs veriblər (gülür - E.S.). Çox sağ olsunlar. Növbəti 4 ildə də onların etimadını doğrultmağa çalışacağıq.

- "Sumqayıt" klubunun rəhbərliyi iclasda niyə iştirak etməyib?
- Klub prezidenti Riad Rəfiyev iclasdan 1,5 saat əvvəl zəng vurub üzrxahlığını bildirdi ki, xəstədir. Telefonda səsindən də hiss olunurdu. Öz fikrini məktubla bizə bildirdi.

- Qarşıdakı 4 ildə PFL-dən hansı yenilikləri gözləmək olar?
- Müəyyənm planlarımız var. Bunu növbəti mövsüm üçün fikirləşmişik. Premyer Liqanın keçirilmə formatında yenilik etmək istəyirik. Amma məsələni əvvəlcə AFFA rəhbərliyi ilə müzakirə etməliyik. Daha sonra klubların rəhbərləri və baş məşqçilərin iştirakı ilə iclasımız olacaq, fikir mübadiləsi aparacağıq. Çempionatın daha maraqlı olması üçün bu layihəni həyata keçirməyə çalışacağıq.

- Hazırda çempionat 4 dövrəli keçirilir. Format dəyişikliyi bununla bağlı olacaq?
- Xeyr, 4 dövrə qüvvədə saxlanılacaq. Elə yeniliklər var ki, onları həyata keçirə bilsək, çempionat daha həyacanlı və baxımlı olacaq. Necə ki əvvəl 12 komanda var idi, çempionluq son saniyələrdə bəlli olurdu. Həmin intriqanı qaytarmaq, o dövrə qayıtmaq üçün yeni format fikirləşmişik. İnanıram ki, klublarımızın əksəriyyəti bunu bəyənəcək. Seçimi sırf komandaların ixtiyarına buraxacağıq. Düşünürəm ki, klubların 90 faizi bunu dəstəkləyəcəklər.

- Bəlkə pley-off sistemi tətbiq olunacaq?
- Gəlin, indi açıqlamayaq. Danışsaq, gərək hamısını deyim. Məndən söz oğurlamayın (gülür - E.S.). Hər şey vaxtında deyilməlidir. İşlədikcə peşəkarlaşma prosesi daha dərinliyə doğru gedir. İstəyirik ki, çalışdığımız qurum futbola daha böyük fayda versin.

- Bəzi yeniliklərin olacağını qeyd etdiniz. Amma sponsor məsələsinə toxunmadınız. Azərbaycan Premyer Liqası sponsorsuz keçirilir. Bu problem nə vaxt həllini tapacaq?
- Düşünürəm ki, yanvarda bu məsələ bərpa olunacaq.
 
Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

30 Sentyabr 2020
21:42

Qurban Qurbanov: "Ürəyimizin yarısı burda, yarısı isə Azərbaycandadır"

19:19

Polşalı futbolçu: "Qarabağ"la oyundan əvvəl nikbinəm"

18:49

Çeslav Mixneviç: "Qarabağ" və "Legiya"nın potensialı eynidir"

18:24

"Keşlə"nin legionerləri: "Qarabağ" Azərbaycandır" - VİDEO

18:03

Çempionlar Liqası: Qrup mərhələsinin oyunları davam edir - YENİLƏNİR

17:58

Millimizdən qələbə

17:33

Türkiyə klubunun prezidenti: "Ermənilərə lazımi dərs veriləcək"

17:19

Birinci Divizionda ilk turun təyinatları

17:07

Donald Gerye: "Azərbaycan xalqı öz Vətəni uğrunda döyüşür"

16:56

"Qəbələ"nin kapitanı: "Vətənə xidmət etmək hamımızın borcudur"

16:32

Şehiçdən Azərbaycan ordusuna dəstək

16:14

Millimizin futbolçusu Qarabağdan danışmağa qorxdu

15:50

Azərbaycan çempionu olan idmançımız şəhidlik zirvəsinə yüksəldi

15:38

"Sumqayıt"ın kapitanı: "Döyüşə getməyə can-başla hazıram"

15:23

Tonaşendə düşmənin iki tankı belə məhv edildi - VİDEO

15:13

Məmmədyarov Rəcəbovu qabaqladı

14:56

Düşmənə köməyə gələn ehtiyat qüvvələr məhv edildi - VİDEO

14:41

Messi bu mövzuda sükutu pozdu: “Yaşananlar məni çox incitdi”

14:29

Türk futbolçu yarım milyona avtomobil aldı - FOTO

14:12

Həmkarlar İttifaqı bəyanat yaydı

13:47

Düşmən topları dəqiq atəşlə məhv edildi - RƏSMİ/VİDEO

13:20

"Qarabağ"ın legionerinin pasportu gəldi, "Legiya"ya qarşı oynaya bilər

13:07

FİFA-dan AFFA-ya başsağlığı

12:48

Azərbaycan Ordusundan Tonaşendə düşmənə ağır zərbə

12:21

Olimpiya çempionu: "Ermənilər dərhal Qarabağdan çıxmalıdırlar"

12:14

Düşmən mövqelərinə artilleriya zərbələri endirilir - VİDEO

11:57

Millimiz "Səbail"i məğlub etdi

11:31

"Keşlə"nin futbolçusu: "Bu Vətən üçün hamımız şəhidliyə hazır olmalıyıq"

11:12

Gerye pasport probleminin səbəbini açıqladı

10:57

Düşmən Goranboy rayonunu artilleriya atəşinə tutur

10:53

Droqba UEFA prezidenti mükafatına layiq görüldü

10:35

"Qarabağ"ın sabiq legioneri: "Azərbaycan çempionatında rəqabət yoxdur"

10:24

Müdafiə Nazirliyi: Düşmənin qruplaşması mühasirəyə alınıb

10:11

Elxan Məmmədov ermənilərin futbolla bağlı təxribatlarından danışdı

09:54

"Legiya"nın baş məşqçisindən "Qarabağ" açıqlaması

09:45

Ayxan Tağızadə də hərbi xidmətə yollandı

09:41

Bosniyalı qapıçıdan Azərbaycan Ordusuna dəstək: "Bütün dualarım sizinlədir"

09:33

Baş Prokurorluq: Tərtərə top mərmisi atılıb, 7 mülki şəxs yaralanıb

09:11

Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edildi - RƏSMİ

09:00

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

29 Sentyabr 2020
18:40

Qurban Qurbanov cəbhədəki döyüşlərdən danışdı

18:24

"Kəndimin qayıtmasını Şuşa alınanda qeyd edəcəyəm"

18:07

Qurban Qurbanov: “Legiya"dan çəkinmirik, onların üzərinə gedəcəyik”

16:50

“Keşlə” və “Sabah”ın futbolçusu milli komandaya dəvət aldı

16:37

Donald Gerye Polşaya gedə bilməyəcək

16:23

Cəbhədən xəbər: Ermənilərin təxribatı nəticəsində daha bir mülki şəxs həlak olub

16:22

Monteneqronun millimizlə oyun üçün heyəti açıqlandı

16:04

Ruslan Abışov: "Vətən uğrunda şəhidlikdən gözəl nə ola bilər ki?!"

15:42

Emin Mahmudov: "Vətənə xidmət etməyə hazıram"

15:22

Azərbaycan noyabrdakı beynəlxalq yarışdan imtina etdi

14:58

"Real"ın sabiq ulduzundan Azərbaycan Ordusuna dəstək - FOTO

14:41

"Qarabağ"ın matçı təxirə salındı

14:34

AFFA 4 klubu cəzalandırdı

14:19

"Traktor" futbol klubu: “Qarabağ bizimdir, bizim olacaq”

14:08

UEFA millimizin oyunları ilə bağlı durumu açıqladı

13:52

Azərbaycan Premyer Liqasının legionerləri: "Qarabağ Azərbaycandır!"

13:45

Kevin-Prins Boatenq yeni klubda

13:23

Düşmənin əks-hücum cəhdi dəf edildi: Ermənilərin meyitləri döyüş meydanında qaldı - RƏSMİ

13:07

Maykl Essyen Azərbaycana dəstək oldu

12:48

"Yaşından asılı olmayaraq silaha sarılıb torpaqlarımızı azad etməyə hazırıq" - Tahir Süleymanov

12:34

"Neftçi" "Türk Hava Yolları" ilə müqavilənin müddətini artırdı

12:18

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı

12:01

UEFA-dan AFFA-nın müraciəti əsasında "Qarabağ"ın oyununa təyinat

11:32

Cüdo ictimaiyyətindən ordumuza dəstək

11:07

Cəbhədən xəbər: Ermənistan ordusunun alayı darmadağın edilib, polkovniki məhv edilib

10:52

Cavid Hüseynov: "Ordumuza inamımız sonsuzdur"

10:39

Vaqif Dərgahlı: “Azad edilən ərazilərin bir qarışı belə itirilməyib”

10:14

"Qarabağ" bu gün Polşaya gedir

09:46

"Qarabağ"ın legioneri "Legiya" ilə matçdan danışdı

09:04

Füzuli şəhərinin azad olunması uğrunda hücum davam edir - Son Dəqiqə

Facebookdan bizi izləməyi unutmayın.