Argentina millisinin kapitanı Lionel Messi 1/4 final mərhələsi geridə qalan DÇ-2022-nin ən yaxşı nəticə göstərmiş futbolçudur.
Fanat.Az xəbər verir ki, 35 yaşlı hücumçu dünyaca "Goal.com" saytının versiyasına əsasən, bu ada layiq görülüb.
Hazırda onun aktivində 4 qol və 2 məhsuldar ötürmə var.
İkinci sırada Fransa yığmasından Kilian Mbappe qərarlaşıbsa, "xoruzlar"ın digər hücumçusu Antuan Qrizmann üçüncüdür.
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu isə siyahıya düşməyib.
DÇ-2022-nin ən yaxşı 10 futbolçusu isə bunlardır:
1. Lionel Messi (Argentina)
2. Kilian Mbappe (Fransa)
3. Antuan Qrizmann (Fransa)
4. Dominik Livakoviç (Xorvatiya)
5. Əşrəf Həkimi (Mərakeş)
6. Brunu Fernandeş (Portuqaliya)
7. Sofyan Amrabat (Mərakeş)
8. Rişarlison (Braziliya)
9. Kodi Qakpo (Niderland)
10. Cud Bellingem (İngiltərə)
Qeyd edək ki, DÇ-2022-nin yarımfinal mərhələsində Xorvatiya Argentina ilə, Mərakeş isə Fransa ilə üz-üzə gələcək.
Nihat