İngiltərə millisinin və Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Cud Bellingem DÇ-2022-nin 1/4 finalında Fransaya qarşı keçirdikləri oyunun (1:2) referisini tənqid edib.
Fanat.Az xəbər verir ki, Cud "ITV.com"a açıqlamasında braziliyalı hakim Vilton Sampayonun işinin öhdəsindən gəlmədiyini söyləyib:
"Düzü, referi çox zəif təsir bağışladı. Bu dəfə hakim oyunun səviyyəsinə uyğun deyildi...
Əlbəttə, uduzmağımızın səbəbi yalnız bərbad idarəçiliklə bağlı deyil. Başqa nüanslar da var. İlk yarıda rəqibin cərimə meydançası həndəvərində bir neçə qayda pozuntusu oldu. Braziliyalı ədalət təmsilçisi onlardan heç birini qeydə almadı. Axı biz bu standart vəziyyətlərin ən azı birindən xeyrimizə faydalana bilərdik. Bunu çox əla bacaran komandayıq".
Nihat