FIFA Qətərdəki dünya çempionatının yarımfinal və final oyunlarının rəsmi topunu təqdim edib.
Fanat.Az ali futbol qurumunun saytına istinadən xəbər verir ki, top "Əl Hilm" (ərəb dilindən tərcümədə "Arzu") adlanır:
Mundialın yarımfinal matçları dekabrın 13-ü və 14-də, final görüşü isə 18-də olacaq. Yarımfinalda Argentina Xorvatiya, Fransa isə Mərakeşlə üz-üzə gələcək.
Qeyd edək ki, həlledici qarşılaşma "Lusail" stadionunda baş tutacaq.