İngiltərə millisinin hücumçusu Markus Raşford DÇ-2022-nin 1/4 finalında yenildikləri (1:2) Fransa millisinin ulduzu Kilian Mbappeyə müraciət edib.
Fanat.Az xəbər verir ki, o, sosial şəbəkədə belə yazıb:
"Turnirin qalan bölümündə uğurlar diləyirəm, qardaş. Əz onları, kral!"
Qeyd edək ki, Fransa yarımfinalda Mərakeş yığması ilə üz-üzə gələcək. Oyun dekabrın 14-də keçiriləcək.
Nihat