Şotlandiyanın "Reyncers" klubunun futbolçusu Ceyms Tavernye yeni dünya rekordu müəyyənləşdirib.
Fanat.Az IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi 2022-ci ildə beynəlxalq oyunlarda ən çox qol vuran müdafiəçi olub.
İngiltərə seçməsinə dəvət almayan Tavernye avrokuboklarda 9 dəfə rəqib qapıçıları məyus edib ki, bu da başqa müdafiəçilər üçün əlçatmaz göstəricidir. O, UEFA Çempionlar Liqasında 2, Avropa Liqasında 7 dəfə qol sevinci yaşayıb.
Ceyms müxtəlif dönəmlərdə il ərzində hərəyə 8 qol vurmuş 3 müdafiəçini geridə qoyub. Bunlar qətərli Abdelkarim Hassan ("Əl-Sədd", 2019), avstriyalı David Alaba ("Bayern Münhen", 2013) və irlandiyalı İan Hartdır ("Lids", 2001).
Nihat