Fransa yığmasının və PSJ-nin ulduzu Kilian Mbappenin "Real Madrid"ə keçəcəyi ilə bağlı iddialar yenidən baş qaldırıb.
Fanat.Az xəbər verir ki, İtaliyanın "Gazzetta dello Sport" nəşri bu iddia ilə çıxış edib.
Həm də "kral klubu" bütün rekordları alt-üst edəcək transferə hazırlaşır. Mənbənin məlumatına görə "Real" fransalı hücumçu üçün bir milyard avro xərcləməyə hazırdır. Bunun 150 milyon avrosu PSJ-yə gedəcək kompensasiyadır. Mbappe isə dörd illik müqavilə üçün 626 milyon avro maaş alacaq. Qalan məbləğ bonuslarla bağlı maddələrə aiddir.
Beləliklə, illik 156,5 milyon avro maaşla Mbappe tarixin ən çox maaş alan futbolçusu olacaq. O, hazırda PSJ-də ildə 75 milyon avro qazanır.
Mirağa