Fransa millisinin və PSJ-nin ulduz hücumçusu Kilian Mbappe Avropa mətbuatının gündəmindən düşmür.
Fanat.Az xəbər verir ki, "Marca" DÇ-2022-nin bombardiri barədə yeni məlumat yayıb.
Xəbərə görə, "Real Madrid" artıq Kilianı heyətinə qatmağı əsas hədəf saymır. Mənbə "Real" rəhbərliyinin bugünlərdə bir araya gələrək Mbappe ilə bağlı durumu müzakirə etdiyini və cəhdləri dayandırmaq qərarına gəldiyini açıqlayıb. İspaniya nəhənginin bosslarının həm də sözügedən forvardın komandadakı ab-havanı poza biləcəyindən ehtiyatlandığı vurğulanıb.
Qeyd edək ki, Mbappe ötən mövsümün sonunda "Real" a keçməyə yaxın olsa da, son anda qərarını dəyişərək PSJ ilə müqavilə yeniləmişdi.
Nihat