"Everton"un qapıçısı Cordan Pikford İngiltərənin 3 klubunun diqqətibi cəlb edib.
Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Xəbərə görə, "Mançester Yunayted", "Tottenhem" və "Çelsi" 28 yaşlı ingiltərəli futbolçunun xidmətində maraqlıdır.
Millinin qolkiperi DÇ-2022-dən əvvəl "Everton"la 5 illik sözləşmə üçün anlaşsa da, tərəflər arasında hələ də müqavilə imzalanmayıb.
Bundan faydalanmağa çalışan İPL nəhəngləri qapıçının transfer üçüb yarışacaqlar.
Röya