18:01 28.12.2022 367

“6 sözlük əhvalat” müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTOLAR

Dekabrın 27-də İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə “6 sözlük əhvalat” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi – yazıçı, alim və pedaqoq Mir Cəlalın xatirəsinə həsr edilən müsabiqədə 100-dən çox iştirakçı 260-dan çox işlər təqdim edərək maraqlı sujet, hadisə və obrazları qələmə almaqla özlərinin yığcam, konkret və lakonik yazı üslubundan istifadə bacarıqlarını sınayıblar.

Münsiflər heyəti müsabiqənin mövzusu olan İçərişəhərə aid aşağıdakı işləri qalib elan edib:

“Bakı – muzey, İçərişəhər – ən qədim eksponat.”
(Ümid Bilalov)

“Tarix içində şəhər, şəhər içində tarix.”
(Elgiz Mahmudov)

“Xəzəri qurudan əsrlər, Qız Qalasına toxunmamışdı.”
(Laçın Cavadov)

“- Qədeş, məhəllədən köçən kimdir?
– Qırçı Cabbar.”
(Mehman Mehmanzadə)

“Külək qocanın izinə düşüb, labirintdən keçəcəkdi.”
(Vahid Əsgərov)

“İçərişəhər. Gecəyarı. Ədibin evinin pəncərəsi işıqlıdır.”
(Xatirə Kərimova)

“Nənəmdənqalma yadigar, qurama döşəkçə İçərişəhər ətirli idi.”

(Rəşad Şükürov)

“Qız Qalası tənhadır, çünki Elman dayı yoxdur.”
(Rəşad Cəfərov)

“İçərişəhər kimiyəm: meqapolis Bakıda özümə qapanmışam.”
(Fərid Rəsulov)

“Mən yaşlandım, sən dəyişmədin, Qız Qalası.”
(Nərgiz İbrahimova)

Qaliblərin hər biri müsabiqənin təşkilatçıları “Ədibin Evi”, Medianın İnkişafı Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 100 azn pul mükafatı ilə təltif ediliblər.

Mükafatlandırma mərasimində çıxış edən münsiflər heyətinin üzvü, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki müsabiqə öz məqsədinə çatıb, təqdim olunan işlərdə lakonizm, obrazlı düşünmək bacarığı, qədim Bakıya bağlılıq və sevgi mövcud idi. Bununla yanaşı müasir kommunikasiya üslublarının yaratdığı gerçəklikdə, qısa məzmunla daha çox fikir çatdırmaq bacarığının asan olmadığı da görünürdü.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Şahin Seyidzadə öz çıxışında “6 Sözlük Əhvalat” müsabiqəsinin şərtlərində hekayələrin mövzusunun İçərişəhər və Bakının qədim ruhunu əks etdirməli olduğununun heç də təsadüfi olmadığını, hekayələr dolu İçərişəhər hər daşında bir tarix yaşadığını vurğulayıb.

Daha sonra “Ədibin Evi”nin Himayəçilik Şurasının üzvləri Ədibə Paşayeva vəTəhsin Mütəllimov qaliblərə mükafatları təqdim edib.

“Ədibin Evi” tərəfindən elan edilən digər müsabiqə – Mir Cəlal adına III hekayə müsabiqəsi hələ də davam edir. Həcmi 1500 (min beş yüz) sözdən çox olmamaq şərti ilə Azərbaycan dilində yazılan hekayələr elektron şəkildə [email protected] ünvanına 2023-cü il 1 fevral tarixinədək göndərilməlidir. Hekayələrin mövzusu ilə bağlı məhdudiyyət yoxdur. Müsabiqəyə qədər çap olunmuş hekayələr qəbul edilmir.
Birinci yerin qalibinə 3000, ikinci yerin qalibinə (iki mükafat) 2000, üçüncü yerin qalibinə isə (üç mükafat) 1000 manat pul mükafatı təqdim ediləcək.

Qeyd edək ki, “Ədibin Evi” Mir Cəlalın 1929-1940-cı illərdə Bakıda yaşadığı ilk ünvanıdır. O, burada onu məşhur edən “Bir gəncin manifesti”, “Dirilən adam” romanlarını, bir çox satirik hekayələrini qələmə alıb.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

Facebookdan bizi izləməyi unutmayın.
X