Şahmat üzrə Azərbaycan çempionatında Vasif Durarbəylinin qələbə seriyası qırılıb.
Fanat.Az xəbər verir ki, 30 yaşlı qrossmeyster altıncı turda Aydın Süleymanlı ilə heç-heçə edib. Hesabında 5,5 xal olan Durarbəyli liderliyini qoruyur.
Onun ən yaxın izləyicisi Məhəmməd Muradlıya qalib gələn Vüqar Əsədli olub. Əsədlinin 4,5, Aydın Süleymanlı, Nicat Abasov və Xəzər Babazadənin 4 xalı var.