Bu gün Azərbaycan şahmatçısı Teymur Rəcəbovun iştirakı ilə Moskvada “Chess Stars” turniri start götürəcək.
Fanat.Az xəbər verir ki, turnirdə 35 yaşlı qrossmeysterimizlə yanaşı, Sergey Karyakin, Aleksandr Qrişuk, Sənan Syugirov, Vladislav Artemyev, Aleksandra Qoryaçkina, Yekaterina Laqno (hamısı Rusiya), Fransisko Valyexo (İspaniya), Raunak Sadvani (Hindistan) və Bibisara Assaubayeva (Qazaxıstan) da mübarizə aparacaq.
Rəcəbov ilk turda Karyakinlə münasibətləri aydınlaşdıracaq.
Qeyd edək ki, turnirin ilk üç günündə rapid oyunları, daha sonra isə blits görüşləri baş tutacaq. Ümumi mükafat fondu 15 000 000 (təxminən 370 000 manat) rubldur.