"Los Anceles Leykers"in 38 yaşlı lideri Lebron Ceyms "Los Anceles Klippers" ilə matçında topun kənara çıxmasınnın qarşısını alarkən tribunalara uçaraq azarkeşlərin üstünə düşüb.
Fanat.Az xəbər verir ki, epizod Lebronun "Klippers"in oyunçusu Kavaya Leonardla top uğrunda mübarizəsi zamanı baş verib. Xəsarət alan olmayıb.
Xatırladaq ki, “Klippers” “Leykers”i 133:115 hesabı ilə məğlub edib. Ceyms bu görüşdə 46 xal toplayaraq hər iki komandanın ən məhsuldar oyunçusu olub. O, həmçinin səkkiz ribaund və yeddi asistə malikdir.
Klippers ilə oyundan sonra Ceyms NBA rekorduna imza atıb.
Rafael