Azərbaycan Basketbol Federasiyasının (ABF) barəsində inzibati iş başlanıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, AFB İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Babək Pənahov iş üzrə hakim təyin edilib.
485.2-ci maddədə vəzifəli şəxslərin min manat məbləğində, hüquqi şəxslərin isə min beş yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.
ABF-nin prezidenti elm və təhsil naziri Emin Əmrullayevdir.