Sabah Gəncədə eyniadlı komanda Azərbaycan Basketbol Liqasının 17-ci turu çərçivəsində "AAAF Xırdalan" klubunu qəbul edəcək.
Fanat.Az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində son işlər başa çatdıqdan sonra bu şəhərdə çempionat oyunu keçiriləcək.
Beləliklə, Azərbaycan basketbolu tarixində ilk dəfə olaraq paytaxtla yanaşı, üç bölgədə çempionat oyunları baş tutacaq.
Qeyd edək ki, "Gəncə" - "AAAF Xırdalan" matçı saat 19:00-da başlayacaq.