Səbinə İbrahimova qadın şahmatçılar arasında Azərbaycan çempionatında vahid lider olub.
Fanat.Az xəbər verir ki, doqquzuncu turda Zeynəb Məmmədyarovaya qalib gələn İbrahimova bununla xalını 6,5-ə çatdırıb.
Liderdən bir xal geri qalan Xanım Balacayeva və Gövhər Beydullayeva ikinci və üçüncü yerləri bölüşürlər.